"eManat" vasitəsi ilə kredit ödənişi.
Bank VTB (Azərbaycan)-ın müştəriləri öz kreditlərini eManat ödəniş terminalı və saytı vasitəsi ilə günün istənilən vaxtı ödəyə bilər.
eManat ilə ödəniş necə edilməlidir?
- eManat terminallarında “Bank xidmətləri”, daha sonra "Bank VTB" bölməsini seçmək.
- "Müqavilə nömrəsi ilə kreditin ödənişi" və ya "PİN nömrəsi ilə kreditin ödənişi" bölməsinə daxil olmaq.
- Müştərinin adı və soyadına, şəxsiyyət vasiqəsinin PİN nömrəsinə və ya müqavilə nömrəsinə əsasən məlumatların düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləği terminala daxil etmək.
- Terminaldan çıxan qəbzi götürmək.
"eManat" terminalları və sayt vasitəsi ilə kredit ödənişi və kart hesabına mədaxil zamanı komissiya tutulmur. Ödəniş real vaxt rejimində həyata keçirilir.
Diqqət!
Xahiş edirik nəzərə alasınız ki, qeyri iş günləri və 17:00-dan sonra edilmiş ödənişlər növbəti iş günündə icra olunacaq.
Zədələnmiş və köhnə pullardan istifadə etməyin.
Daxil edilmiş pullar geri qaytarılmır.
Köşk qalıq qaytarmır.
Nəzərə çatdıraq ki, eManat terminalları gündəlik olaraq ölkə əhalisi tərəfindən istifadə olunur və insanların sıx toplaşdığı yerlərdə - metro stansiyalarında və yeraltı keçidlərdə, supermarketlərdə, ticarət, əyləncə və biznes mərkəzlərində, hava və dəniz limanlarında, dəmir yolu və avtovağzallarda, yanacaq doldurma məntəqələrində quraşdırılıb.
Diqqət! Ödəmə sistemi yalnız müştərinin seçdiyi kreditin valyutasını qəbul edir.
