Bank VTB (Azərbaycan) ASC tam kompleks hesablaşma-kassa xidməti göstərir və hüquqi şəxslərə təklif edir:
- Rezidentlər və qeyri-rezidentlər üçün yerli və xarici valyutada hesabların açılması və aparılması;
- Müştərilərin hesablarından nağdsız pul vəsaitlərinin köçürülməsi;
- Müştərilərin hesabları üzrə “overdraft” rejiminin təqdim olunması;
- Hesabdan nağd pul vəsaitinin verilməsi;
- Hesablar üzrə əməliyyatların keçirilməsi haqqında sorğu xarakterli məlumatın təqdim olunması;
- Nağd pulların hesaba mədaxili və yatırılması;
- İdxal-ixrac əməliyyatları üzrə valyuta nəzarəti agentinin funksiyalarının yerinə yetirilməsi.
Bank VTB (Azərbaycan) xarici valyutanın müxtəlif növləri ilə konversiya əməliyyatları aparır: xarici valyutanın manata və digər xarici valyutaya alışını və satışını həyata keçirir.
Biz hüquqi şəxslərin tapşırığı ilə aşağıdakı nağdsız konversiya əməliyyatlarını həyata keçiririk:
- Müştəri tapşırıqlarının qəbulu və konversiya üçün müştərilərin hesablarından vəsaitlərin silinməsi;
- İri məbləğlər üçün – müştərilərlə razılaşma üzrə güzəştli məzənnələrin müəyyən edilməsi;
- Konversiya əməliyyatı nəticəsində vəsaitlərin müştərilərin hesablarına köçürülməsi.
Üstünlüklər: əqdin ən qısa müddətdə həyata keçirilməsi (müştəri tapşırığının alınmasından sonra dərhal hesablamalar aparmaq).