Hesab açmaq üçün tələb olunan sənədlərin siyahısı
Hüquqi şəxslərə:
- Hesabın açılması üçün ərizə (bankda doldurulur);
- İmza və möhür nümunələri kartı (bankda təsdiqlənir);
- Nizamnamə (.adoc formatında və ya notarial qaydada təsdiq edilmiş surəti)
3.1 Əsasnamə (hesab filial üçün açılırsa .adoc formatında və ya notarial qaydada təsdiq edilmiş surəti);
- Dövlət reyestrindən çıxarış (.adoc formatında və ya notarial qaydada təsdiq edilmiş surəti);
- Dövlət qeydiyyatı haqqında şəhadətnamə - VÖEN (.adoc formatında da qəbul edilir);
- Hər bir hesab növü üzrə müvafiq vergi orqanları tərəfindən verilmiş şəhadətnamə-dublikat;
- Səlahiyyətli şəxslərin və təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri (təsisçi şirkətdirsə, şirkətin dövlət reyestrindən çıxarışının və benefisiarların şəxsiyyətini təsdiq edən sənədlərin surəti);
Fərdi sahibkarlara:
1. Şəxsiyyəti təsdiq edən sənəd
1.1 Pasport (xarici vətəndaşlar üçün);
2. Dövlət qeydiyyatı haqqında şəhadətnamə - VÖEN
Qalan sənədlər hesab açılarkən bankın ofisində tərtib edilir.