Beynəlxalq təcrübədən Azərbaycan praktikasına doğru

Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti —beynəlxalq səviyyəli müasir məhsulların və xidmətlərin kompleksini təklif edən universal bankdır.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB ASC Moody`s Investors Service, Standard & Poor`s və Fitch kimi beynəlxalq reytinq agentliklərinin verdikləri reytinqlərdə Rusiya bankları arasında ən böyük reytinqə layiq görülmüşdür.

Bank VTB (Azərbaycan) ASC-nin səhmdar kapitalı Rusiya tərəfi – Bank VTB ASC (51%) və Azərbaycan tərəfi – “AtaHoldinq” ASC (48.99%) və fiziki şəxs (0.01%) arasında bölüşdürülmüşdür.

Bank VTB (Azərbaycan) ASC-nin rəsmi açılışı 23 noyabr 2009-cu ildə baş tutmuşdur. 162 saylı Bank lisenziyası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 11 mart 2009-cu ildə verilmişdir.

Bank VTB (Azərbaycan) müştərilərə zəruri xidmət göstərir. Bank VTB (Azərbaycan)-ın xidmətləri siyahısına VTB Qrupunun müvafiq törəmə şirkətlər tərəfindən göstərilən qeyri-bank xidmətləri – trast və investisiya, lizinq və s. xidmətlər də daxildir.

VTB Qrupunun bankomatları kartda real zaman rejimində http://www.multicarta.ru/vtb/map/

Bank tərəfindən VTB qrupunun iştirakçıları ilə birlikdə korporativ müştəriləri üçün Bank və müştəri arasındakı münasibətlərin geniş spektrini nəzərə alan fərdi yanaşmalar işlənib hazırlanmışdır.

Əlaqə telefonları:
(+994 12) 492 00 80
(+994 12) 437 71 20