Sayt üzrə axtarış
COVİD-19 pandemiyasından zərər çəkmiş biznesə dəstək

Bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində koronavirus panemiyasından (COVİD-19) zərər çəkmiş sahibkarlara yeni kreditlərə dövlət zəmanətləri, habelə kredit faizlərinin subsidiyalaşdırımasını təklif edir.
Bu dəstəkdən aşağıdakı sahələr üzrə bizneslə məşğul olan subyektlər yararlana bilərlər:
- İctimai iaşə;
- İstehsalat (ərzaq məhsulları, dərman, tütün, alkoqollu və alkoqolsuz içkilər, neft məhsullarından başqa);
- İdman-sağlamlıq müəssisələrinin fəaliyyəti;
- Topdan və pərakəndə satış (ərzaq məhsulları, dərman və neft məhsullarından başqa);
- Mehmanxanalar, yataqxanalar və yerləşdirmə vasitələri qismində analoji obyektlər;
- Turizm sahəsində operator və turizm fəaliyyəti;
- Avtomobillərin texniki xidməti və təmiri;
- Bərbərxana, gözəllik salonlarının fəaliyyəti;
- Tədris (təhsil) kursları və ixtisasartırma kurslarının, uşaq təhsil və inkişaf mərkəzlərinin, uşaq klublarının, psixoloji mərkəzlərinin fəaliyyəti;
- Özəl təhsil müəssisələri (o cümlədən uşaq bağçaları);
- Daxili yük və sərnişin daşınmaları (o cümlədən taksi ilə);
- Sərgilərin, konsertlərin, istirahət və əyləncələrin (oyunlar) təşkili, kino, teatr, muzey və konsert zallarının təşkili;
- Sifariş olunan malların, o cümlədən qida, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması üzrə xidmətlər.