Sayt üzrə axtarış
Depozitlər

Bank VTB (Azərbaycan) hüquqi şəxslərə yüksək səviyyəli xidmətlə yanaşı, sərfəli tariflər və geniş çeşiddə bank xidmətləri və məhsulları təqdim edir. Hüquqi şəxslərə nəzərdə tutulmuş depozitlər sayəsində Siz və sizin şirkətiniz vəsaitlərinizi dayanıqlı bankda çox əlverişli şərtlərlə qoruyub artıra bilərsiniz
Hazırda bankımız korporativ müştərilərinə aşağıdakı depozitləri təqdim edir:
- "Klassik" depozit
- "Çevik" depozit
"Klassik" Depozit
Əmanətin valyutası | AZN, USD |
Əmanətin məbləği |
minimum 30 000 AZN /17 000 USD |
Əmanətin müddəti |
90 gündən 732 günədək |
Faiz dərəcələri |
korporativ müştərilər üçün fərdi qaydada baxılır |
Faizlərin hesablanması və ödənməsi |
gündəlik 360/30 üsulu ilə. Faizlərin ödənilməsi müştərinin seçiminə əsasən rüblük və ya müddətin sonunda |
Əmanətə vəsaitin əlavə edilməsi |
mümkün deyil |
Vəsaitlərin qismən çıxarılması | mümkün deyil |
Müqaviləyə vaxtından əvvəl xitam verildikdə faizlərin hesablanma qaydası |
180 günə dək faizlər ödənilmir. 180 gündən sonra Bank öz xeyrinə cari tarixə olan hesablanmış faizlərin 50%-ni tutur. |
Avtomatik prolonqasiya | Mümkündür. Əmanət prolonqasiyası müqavilədə göstərilən şərtlər əsasında, lakin əmanətin müddətinin uzadılması tarixinə qüvvədə olan faiz dərəcəsi ilə həyata keçirilir. |
«Çevik» Depozit:
Əmanətin valyutası | AZN, USD,EUR |
Əmanətin məbləği |
minimum 100 000 AZN/USD/EUR |
Əmanətin müddəti |
12, 24 ay |
Faiz dərəcələri | korporativ müştərilər üçün fərdi qaydada baxılır |
Faizlərin hesablanması və ödənməsi |
Gündəlik 360/30 üsulu ilə. Faizlərin ödənilməsi müştərinin seçiminə əsasən aylıq, rüblük və ya müddətin sonunda. |
Əmanətin artırılması |
mümkündür. Bütün əlavə daxilolmaların ümumi məbləği depozitin məbləğinin qismən geri qaytarılmasını nəzərdə tutmaqla (əlavə daxilolmalar) depozit müddətində ilkin qoyulmuş məbləği 2 dəfə üstələyə bilməz. |
Vəsaitlərin qismən çıxarılması |
azalmayan qalığı saxlamaq şərti ilə depozitdən vəsaitlərinin qismən çıxarılması mümkündür. Pul vəsaitləri müştərinin depozit müqaviləsində göstərilmiş hesabına köçürülür. Vəsaitlərin verilməsi müştərinin ərizəsi əsasında ərizənin Banka daxil olduğu gündən etibarən üç iş günündən gec olmayaraq həyata keçirilir |
Müqaviləyə vaxtından əvvəl xitam verildikdə faizlərin hesablanma qaydası |
müqaviləyə vaxtından əvvəl xitam veriləndə faizlər ödənilmir |
Avtomatik prolonqasiya |
mümkündür. Əmanət prolonqasiyası müqavilədə göstərilən şərtlər əsasında, lakin əmanətin müddətinin uzadılması tarixinə qüvvədə olan faiz dərəcəsi ilə həyata keçirilir. |