Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

Bank VTB (Azərbaycan) depozit üzrə faiz dərəcələrini artırdı

 Bank VTB (Azərbaycan) “Sərfəli” və “Universal” əmanətləri üzrə milli
 valyutada faiz dərəcələrini   artırıb. İndi “Sərfəli” depoziti üzrə maksimal
 faiz dərəcəsi 8,5%, “Universal” üzrə isə 7,25% təşkil edir.   Hər iki
 depozit üçün minimal məbləğ 100 manatdır. “Universal” əmanəti üzrə
 müddətin birinci   hissəsində pul vəsaitinin əlavə edilməsi də
 mümkündür.

 “Sərfəli” və “Universal” məhsulları çərçivəsində müştərilər pul
 vəsaitlərini məqsədlərinə uyğun olaraq   istənilən müddətə - 90 gündən
 730 günədək yerləşdirə bilər. Bu, əlamətdar tarix və ya səyahət ola   
 bilər. “Sərfəli” depoziti üzrə faizlər müddətin sonunda, “Universal” üzrə
 isə aylıq ödənilir.

 “Bank VTB müştərilərə vəsaitlərini maksimal dərəcədə sərfəli şərtlərlə
 yerləşdirməyi təklif edir.   Bankımızın depozit məhsullarına olan tələbat
 çox yüksəkdir. Milli valyutada olan əmanətlər daha çox   aktualdır,
 çünki müştərilər üçün qazandıqları və xərclədikləri valyutada depozit
 açmaq daha sərfəlidir.   Faiz dərəcələrinin artırılması müştərilərə
 gəlirlərini artırmağa, eləcə də planlarından və   tələbatlarından asılı
 olaraq daha rahat şərtlər seçməyə imkan verir”- deyə, Pərakəndə
 biznesin   inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib.

 Müştərilər bu təkliflərdən həm bankın filiallarında, həm distant kanallar - FacebookWhatsApp   mesencerlərdəki çat-bank Direct, internet- və mobil bank vasitəsilə yararlana bilər.Depozit açıldıqda   hesablanmış faizlərin məxarici üçün müştəriyə pulsuz ödəniş kartı, eləcə də SMS-xəbərdarlıq xidməti   və internet- mobil banka qoşulmaq imkanı verilir. Depozit məhsullarının şərtləri barədə ətraflı   məlumatı bankın saytından əldə etmək mümkündür.

Форма заказа звонка

Имя

Номер телефона