Sayt üzrə axtarış
Direct çat-bank vasitəsi ilə kartdan karta beynəlxalq pul köçürmələri
İndi VTB (Azərbaycan) müştəriləri digər ölkələrə pul köçürmələrini evdən çıxmadan edə bilər.
Direct çat-bankındakı “Beynəlxalq köçürmələr” xidməti VTB (Azərbaycan) kartlarından xarici bankların VİSA kartlarına pul köçürməyə imkan verir.
Direct çat-bankındakı “Beynəlxalq köçürmələr” xidmətinin üstünlükləri
• Bankın filiallarına getməyə ehtiyac yoxdur
• Köçürmə elə WhatsApp və ya Facebook messencerlərində həyata keçirilir
• Pul vəsaiti alan şəxsin kartına dərhal oturur
• Pul vəsaitinin göndərildiyi ölkədən asılı olmayaraq köçürmə üzrə komissiya 1% (min. 3.5 AZN/2/USD/EUR/ 150 RUB) təşkil edir.
Direct çat-bankındakı “Beynəlxalq köçürmələr” xidmətindən istifadə şərtləri:
• Xidmətdən yalnız eyniləşdirilmiş (şəxsi kabinetə daxil olmuş) istifadəçilər yararlana bilər
• Beynəlxalq köçürmələri yalnız VISA ödəniş sistemi kartları (16-rəqəmli şifrəsi “4” rəqəmi ilə başlayan kartlar) arasında həyata keçirmək mümkündür
• Beynəlxalq köçürmənin maksimal məbləği təşkil edir:
gün ərzində 1 000 USD ( və ya digər valyuta ekvivalenti)
ay ərzində 10 000 USD (digər valyuta ekvivalenti).
Çat-bankda beynəlxalq köçürmə etmək çox asandır:
• WhatsApp və ya Facebook messencerlərində qeydiyyatdan keçmək
• WhatsApp istifadəçilərinə Əsas menyuda “Köçürmələr”i seçmək
• Facebook Messenger istifadəçilrinə Əsas menyuda “Ödəniş etmək” xidmətini, daha sonra “Kartdan karta köçürmə” funksiyasını seçmək
• Açılan pəncərədə “Beynəlxalq köçürmələr” bölməsini seçmək və vacib olan xanaları doldurmaq (vəsaiti alan şəxsin kart nömrəsi, vəsaiti alan şəxsin adı)