SMS-Məlumatlandırma


Bank VTB (Azərbaycan)-ın SMS-məlumatlandırma xidməti ödəniş kartı üzrə aparılan əməliyyatlar barədə müştəriyə SMS vasitəsi ilə məlumat almaq imkanı verir.  Siz  kart hesabına pul vəsaitlərinin mədaxili və  nağd vəsaitlərin çıxarılmasına SMS-xəbərdarlıq xidməti vasitəsi ilə nəzarət edə bilərsiniz.

SMS-xəbərdarlıq xidmətinə qoşulmaq üçün bankın istənilən filialına yaxınlaşmaq və ya həftə içi saat 9:00-dan 19:00-dək xidmət göstərən Çağrı Mərkəzinə zəng vurmaq kifayətdir. 
Əlaqə üçün: (+99412) 492 00 80 və ya 986
Whatsapp nömrəsi (+99455) 214 09 86.

Eyni zamanda, xidməti Azericard prossesinq mərkəzini dəstəkləyən istənilən Bankın bankomatları vasitəsi, eləcə də 194 nömrəsi ilə Azericard prossesinq mərkəzinə müraciət edərək aktivləşdirə bilərsiniz.