Sayt üzrə axtarış
E-Pin xidməti (ödəniş kartında pin-kodun dəyişdirilməsi)
Kartın Pin-kodunu unutmusuz?
E-Pin xidməti vasitəsilə Sizə rahat olan istənilən üsulla yeni Pin- kodu təyin edin:
- Sayt
- POS-terminal
Sayt üzərindən PİN-kodun dəyişdirilməsi
- Bankla 986 qısa nömrəsi ilə əlaqə saxlayaraq kartınızın pin-kodunu dəyişmək niyyətiniz barədə bankı xəbərdar edir
- Bankın saytında https://reg.azericard.com/pin_vtb/ linkinə keçin.
- Sorğulanan kart məlumatlarını (kartın nömrəsi, qüvvədə olma müddəti və CVV) daxil edin.
- “PİN-kodu təyin etmək” funksiyasını seçin, bundan sonra mobil telefona rəqəm və simvollardan ibarət SMS gələcək (*)
- Rəqəmləri daxil edin, simvolların yerinə isə yeni Pin-kod üçün rəqəmləri ardıcıllıqla daxil edin.
PİN-kodun АТМ üzərindən dəyişdirilməsi
- Bankla 986 qısa nömrəsi ilə əlaqə saxlayaraq kartınızın pin-kodunu dəyişmək niyyətiniz barədə bankı xəbərdar edir
- Kartı bankomata daxil edin və ekranın sağ küncündən EPIN bölməsini seçin.
- Mobil telefona gəlmiş birdəfəlik pin-kodu yığın.
- Yeni Pin-kodu yığın.
- Yeni Pin-kodu təkrar daxil edin.
PİN-kodun POS-terminal üzərindən dəyişdirilməsi
Bankın istənilən şöbəsinə yaxınlaşın və kassada yeni PİN-kod təyin edin.
Diqqət!
Pin Set funksiyasını dəstəkləməyən kart sahibləri pin-kodu dəyişməzdən əvvəl köhnə pin-kodu silmək üçün bankla əlaqə saxlamalıdır. Pin-kodun silinməsi üzrə komissiya bankın tariflərinə uyğun olaraq tutulur.