Sayt üzrə axtarış
FAQ
Chat-bank vasitəsilə hansı əməliyyatları həyata keçirə bilərəm?
Çat-Bank Sizin Facebook və WhatsApp messengerlərdə virtual köməkçinizdir!
Onun köməyi ilə Siz müxtəlif xidmətlərdən yararlana bilərsiniz:
- Kartlar üzrə:
- PULSUZ rəqəmsal Visa Direct kartını əldə edilməsi;
- kommunal xidmətlərin ödənişi;
- mobil operatorların balansının artırılması;
- ölkədaxili bütün kartlara PULSUZ köçürmələr;
- kartın balansının terminallar, ATM və Filiallar vasitəsilə artıraraq onlayn alış-veriş;
- istənilən an əldə olunan hesabdan çıxarışlar və kart üzrə rekvizitlər;
- bir toxunuşla QR-kod vasitəsilə karta pul köçürulməsi;
- kartın bloklaşdırılması;
- Kreditlər üzrə:
- kredit sifarişi və dəqiqələr içində qərarın verilməsi;
- kredit ödənişi;
- balansda olan qalığa, faiz dərəcəsinə, aylıq ödənişə nəzarət;
- Depozitlər üzrə:
- depozit hesabının artırılması;
- depozitin bir toxunuşla sifarişi;
- hesabda olan məbləğə, hesablanmış faizlərə, illik faiz dərəcəsinə, əmanətin yerləşdirilmə və bitmə tarixinə nəzarət.
- Yalnız Çat-Bank istifadəçiləri üçün keçirilən Aksiyalarda iştirak etmək və qazanc əldə etmək imkanı.
Chat-bank-dan istifadə təhlükəsizdirmi?
Əlbətdə. Kart tamamilə təhlükəsizdir. Çünki kart hər zaman sahibin yanındadır, buna görə kart məlumatları ikinci şəxs üçün əlçatmaz qalır. Kartı təqdim etmədən və PİN kodu daxil etmədən alış-veriş etmək daha təhlükəsizdir. Bütün əməliyyatlarınız ödəniş sistemlərinin və
Bank VTB ( Azərbaycan) -ın təsdiqlənmiş və təhlükəsiz bağlantıları vasitəsilə icra olunur. Facebook, profilinizi yaratdığınız zaman təqdim etdiyiniz məxfi məlumatlar istisna olmaqla, heç bir konfidensial məlumat saxlamır. Əlavə olaraq, bütün internet-ödənişləriniz CVV2-kodu ilə qorunur, hansınıki “Mənim kartım” menyusunda əldə edə bilərsiniz.
Bank VTB ( Azərbaycan) -ın təsdiqlənmiş və təhlükəsiz bağlantıları vasitəsilə icra olunur. Facebook, profilinizi yaratdığınız zaman təqdim etdiyiniz məxfi məlumatlar istisna olmaqla, heç bir konfidensial məlumat saxlamır. Əlavə olaraq, bütün internet-ödənişləriniz CVV2-kodu ilə qorunur, hansınıki “Mənim kartım” menyusunda əldə edə bilərsiniz.
Virtual kart nədir və onunla hansı əməliyyatları həyata keçirə bilərəm?
Virtual kart onlayn ödənişlər üçün nəzərdə tutulmuş və fiziki daşıyicısız buraxılan bir kartdır. Bu kart vasitəsilə Siz ölkədaxili bütün kartlara PULSUZ köçürmələr, onlayn alış-veriş, mobil operatorların balansının artırılması, kommunal xidmətlərin ödənişi, QR kodun yaradılması və bir toxunuşla karta pul köçürülməsi kimi bank əməliyyatlarını həyata keçirə bilərsiniz.
Bankımız Sizə Direct virtual kartı PULSUZ hədiyyə edir.
Bankımız Sizə Direct virtual kartı PULSUZ hədiyyə edir.
Virtual kartın istifadəsinə görə komissiya haqqı nə qədərdir?
DIRECT kartlarının buraxılması, onlar arasında köçürülmələr, digər bank kartlarından mədaxil və Bank VTB (Azərbaycan) və Azəricard şəbəkəsinin bankomatlarından nağdlaşdırma Sizin üçün hər zaman PULSUZDUR.
Digər bankların kartlarına köçürülmələr, MilliÖn/eManat terminalları vasitəsilə madaxil və digər bankomatlardan nağdlaşdırma əməliyyatlarına kiçik komissiyalar tətbiq olunur. Amma Siz alış-verişləriniz üçün aktiv olaraq DIRECT kartından istifadə edirsinizsə, sadalanan xidmətlərdə Sizin üçün PULSUZ olacaq.
Tariflər haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Digər bankların kartlarına köçürülmələr, MilliÖn/eManat terminalları vasitəsilə madaxil və digər bankomatlardan nağdlaşdırma əməliyyatlarına kiçik komissiyalar tətbiq olunur. Amma Siz alış-verişləriniz üçün aktiv olaraq DIRECT kartından istifadə edirsinizsə, sadalanan xidmətlərdə Sizin üçün PULSUZ olacaq.
Tariflər haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Chat-bank vasitəsilə necə kart sifariş edə bilərəm?
Kart sifariş etmək üçün:
- Əsas menyuda "Kart sifariş et" düyməsini seçin
- Tələb olunan məlumatları daxil edin
- Sifarişinizi təsdiqləyin
Dostuma kartı necə aça bilərəm?
Sözün əsl mənasında iki toxunuşla! Əsas menyuda “Dosta dəvət” düyməsini seçin və yaranan linki dostunuza – Facebook və ya digər messencer vasitəsilə - göndərin. Bu kartın açılması Siz və dostunuz üçün PULSUZ olacaq.
Kartlar neçə günə təqdim olunur?
Kartlar 3 iş günü ərzində təqdim olunur. Həmçinin 10 AZN ödəniş etməklə kartı təcili sifariş edə bilərsiniz. Bu halda kart növbəti iş günü Sizə təqdim olunacaq.
Limit nədir? Visa Direct kartımda hansı limitlər mövcuddur?
Əgər Siz elə indi DIRECT Çat-Banku vasitəsilə kartı əldə etmisinizsə, o zaman kartınızdaki maksimal qalığ məbləği 100 AZN-dən, alış-verişləriniz üzrə illik dövriyyə məbləği isə 1000 AZN-dən artıq ola bilməz. Bu limiti ləğv etmək üçün Bank VTB (Azərbaycan)-nın istənilən şöbəsinə şəxsiyyət vəsiqəsilə müraciət etmək kifayətdir.
Kartın limitini necə artıra bilərəm?
Kartın limitini artırmaq üçün Bank VTB (Azərbaycan)-nın istənilən şöbəsinə şəxsiyyət vəsiqəsilə müraciət etmək kifayətdir.
Karta necə mədaxil edim?
Kartınızın balansını bir neçə üsulla artıra bilərsiniz:
- Cash İn funksiyalı ATM-lər (bankomatlar) vasitəsi ilə
- eManat terminalı vasitəsilə
- digər kartlar vasitəsilə, sistem tərəfindən yaradılan QR kodla
- digər kartlardan köçürmə etməklə
- Bankın istənilən filialına yaxınlaşaraq
Ödəmə terminalları vasitəsi ilə kart balansına necə mədaxil edə bilərəm?
- Terminalda əsas səhifədən "Bank xidmətləri" menyusunu seçim edirsiniz. Daha sonra "Bank VTB Azərbaycan"ı seçim edirsiniz.
- Kartın son 8 rəqəmi və müddətini qeyd edirsiniz.
- Məbləği daxil etdikdən sonra ödənişi təsdiqləyirsiniz.
ATM vasitəsi ilə balansa necə mədaxil edə bilərəm?
- Cash İn funksiyalı ATM-ə yaxınlaşaraq.
- Xidmətlər bölümündən Cash to card bölməsini seçərək, kart nömrəsini tam şəkildə qeyd edirsiniz.
- Məbləği daxil etdikdən sonra ödənişi təsdiqləyirsiniz.
QR kod vasitəsi ilə kart balansının artırılması?
Siz Çat bank üzərindən QR kod yaradaraq, tək toxunuşla balansınızı artıra bilərsiniz. Bunun üçün:
- Əsas menyuda "Balansı artır" bölümünü seçirsiniz.
- Artırmaq istədiyiniz kart hesabını və məbləği qeyd edirsiniz.
- Digər istifadəçi tərəfindən (hesabı artırmaq üçün linki / QR kodu alan istifadəçi tərəfindən) sistem üzərində təqdim olunan QR kod skan edildikdən sonra, vəsait hesabınıza keçmişdir.
Kartdakı vəsaiti necə nağdlaşdıra bilərəm?
Hazırda virtual kartdakı vəsaitin nağdlaşdırılması mümkün deyil.
Sizin Bankdan debet kartı sifariş etmək istəyirəm. İnternet üzərindən hər hansı bir əməliyyatın icrası üçün məhdudiyyət var?
Bank VTB (Azərbaycan) tərəfindən təqdim olunan kartlar ilə hər hansı bir əməliyyatın icrası üçün məhdudiyyət qoyulmamışdır. Əlavə olaraq, nəzərinizə çatdırmaq istərdik ki, əməliyyatı icra edəcəyiniz sayt üzərindən hər hansı bir məhdudiyyət ola bilər ( AR kartlarını dəstəkləməməsi və s.).
Virtual kart vasitəsi ilə mərc oyunlarına ödəniş etdiyiniz zaman Bank tərəfindən 2% (min. 5AZN/USD/EUR/250 RUB) + uduş məbləğinin 10% həcmində ƏDV tutulacaqdır.
Kart itirildikdə kartı necə bloklaşdırım?
Kart itirildikdə onu bloklaşdırmaq lazımdı:
- Əsas menyuda "Mənim kartım" / "Mənim məhsullarım" bölməsinə daxil olun.
- Bloklaşdırmaq istədiyiniz kartın üzərində "Kart rekvizitləri" düyməsini seçin.
- "Kartı bloklaşdırmaq" düyməsini seçin.
Kartım bloka düşüb. Nə edim?
Kart bloka düşəndə, kartı bərpa etmək üçün:
- Bankın Məlumat mərkəzinə zəng edərək (+994) 986; + 994 492 00 80 nömrələrinə) kartın son 6 rəqəmini və məxfi sözü təqdim etmək kifayətdir.
- Filiallarımızdan birinə yaxınlaşıb, PIN-kodu blokdan çıxara bilərsiniz.
Chat-bank vasitəsilə necə kredit sifariş edə bilərəm?
Kredit sifariş etmək üçün:
- Əsas menyuda "Kredit al" düyməsini seçin.
- İstədiyiniz kredit məbləğini və aylıq gəlirinizi qeyd edin.
- Əgər Siz "Mənim kabinetim" menyusuna daxil olmamısınızsa, bu halda FİN-kod tələb olunan bölməyə, şəxsiyyət vəsiqənizin FİN kodunu əlavə edin.
- Mobil nömrənizə yönləndirilən 6 rəqəmli şifrəni daxil etməklə sifarişinizi təsdiqləyin.
Kredit müraciətimə nə zaman cavab təqdim olunacaq?
Kredit müraciətlərinə 1 iş günü ərzində baxılaraq, cavab təqdim olunur.
Zamin nə zaman tələb oluna bilər?
Kreditin məbləğindən, müddətindən, iş yerindən, iş stajından və qeydiyyatdan asılı olaraq zamin tələb oluna bilər.
Sizin Bankda hansı növ əmanətlər var?
Bankımızda hal-hazırda 3 növ əmanət mövcuddur:
- Sərfəli əmanət - Ən yüksək faiz dərəcələri, əmanətə vəsaitin əlavə edilməsi mümkün deyil, hesablanmış faizlər müddətin sonunda və ya aylıq ödənilir.
- Universal əmanət - Yüksək faiz dərəcələri, əmanətə vəsaitin əlavə edilməsi mümkündür, hesablanmış faizlər aylıq ödənilir.
- Sərbəst əmanət - Əmanətə vəsaitin əlavə edilməsi mümkündür (məhdudiyyətsiz), hesablanmış faizlərmüddətin sonunda ödənilir.
Mənim əmanətim sığortalanacaq?
Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə əsasən, illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 2,5% və milli valyuta üzrə 10% olan əmanətlər tam sığortalanır.
Əmanətlərimizin şərtləri Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğundur və Fond tərəfindən tam sığortalanır.
Əmanətlərimizin şərtləri Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğundur və Fond tərəfindən tam sığortalanır.
Hansı valyutada əmanət yerləşdirə bilərəm?
AZN, ABŞ dolları və RUS rublu valyutalarında əmanətlər yerləşdirmək mümkündür.
Nə qədər məbləğ köçürmə etmək olar?
Hər bir fiziki şəxs gün ərzində 1000 USD kimi köçürmə edə bilər. Aylıq limit isə 10000 USD-dan artıq olmamalıdır.
Əməliyyat zamanı səhv olarsa, nə etməliyəm?
Əməliyyat zamanı hər hansı bir problem yaranarsa, Bank ilə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrələri: (+994) 986, (+99412) 4920080 və yaxud, Whatsapp: (+99455) 2140986
İş qrafikiniz necədir?
Bankın filialları həftəiçi hər gün 9:00-dan 19:00-a qədər fasiləsiz olaraq çalışır, şənbə günü isə saat 10:00-dan 16:00-a qədər fasiləsiz xidmətinizdəyik.
Suallarımı kimə verə bilərəm?
Sizə uyğun olan istənilən üsuldan istifadə edin:
Whatsapp: (+99455) 214 09 86
Məlumat mərkəzinin pulsuz xidmət nömrəsi: (+99412) 986; (+99412) 492 00 80
E-mail : info@vtb.az
İş rejimi:9:00—19:00 ((iş günləri). 10:00—16:00 (Şənbə günləri).
Whatsapp: (+99455) 214 09 86
Məlumat mərkəzinin pulsuz xidmət nömrəsi: (+99412) 986; (+99412) 492 00 80
İş rejimi:
VTB NFC/təmassız ödəniş nədir?
VTB NFC bir toxunuşla smartfonu POS-terminala yaxınlaşdırıb ödəniş etmək imkanını yaradan xidmətdir. Bütün təhlükəsizlik tələblərinə uyğun və innovativ xidmətdir.
VTB NFC/təmassız ödəniş xidmətini necə istifadə edə bilərəm?
Təmassız ödəniş xidmətini istifadə etmək üçün:
- Direct Pay by VTB tədbiqini yükləyin;
- Tədbiqə daxil olub cihaza NFC ödəniş etmək üçün icazəni verin;
- VTB Bankın istənilən təmassız ödəniş xidmətli Visa kartını əlavə edin;
- Şəkildə qeyd olunan mətni daxil edin;
- Təhlükəsizlik üçün SMS-lə aldığınız şifrəni daxil edin;
- Qeydiyyat tamamlandıqdan sonra daxil olmaq üçün şifrə təyin edin;
- Kartı seçin;
- "Servislər" bölməsinə daxil olun;
- "Enable Contactless Payments" seçərək təmassız ödənişlərə start verin.
VTB NFC/təmassız ödəniş xidməti ilə ödənişi necə edə bilərəm?
Təmassız ödəniş xidməti ilə ödəniş etmək üçün:
- Direct Pay by VTB tədbiqinə daxil olun;
- Kartı seçin;
- Smartfonu Paywave funksiyalı POS-terminala yaxınlaşdıraraq "Make a contactless payment" klikləyib ödənişi həyata keçirin.
VTB NFC/təmassız ödəniş xidmətini necə deaktiv edə bilərəm?
Təmassız ödəniş xidmətini deaktivasiya etmək üçün:
- Direct Pay by VTB tədbiqinə daxil olun;
- Kartı seçin;
- "Disable contactless payments" klikləyib təmassız ödənişlər funksiyasını deaktiv edin.
VTB NFC/təmassız ödəniş xidmətinə hansı kartları qoşa bilərəm?
VTB Bankın istənilən təmassız ödəniş xidmətli Visa kartlarını qoşa bilərsiniz.
Direct Pay by VTB tətbiqi vasitəsilə təmassız ödəniş edərkən komissiya nə qədər tutulur?
Direct Pay by VTB tətbiqi vasitəsilə təmassız ödəniş edərkən komissiya tutulmur.
Təmassız ödənişlərin limiti nədir?
PİN-kodu daxil etmədən təmassız ödənişlərin limiti 100 AZN qədər təşkil edir.
Təmassız ödənişləri harada edə bilərəm?
Təmassız ödənişləri Paywave funksiyasını dəstəkləyən terminallarda həyata keçirə bilərsiniz.
Təmassız ödəniş zamanı mənim fərdi məlumatlarım qorunur?
Təmassız ödəniş zamanı kart nömrəsi heç bir yerdə görünmədiyinə görə fərdi məlumatlar qorunur.
Kartım pul kisəmdə / Direct Pay by VTB tətbiqini yüklədiyim smartfonum cibimdə olduğu zaman pul vəsaitlərimin təsadüfi silinməsi mümkündür?
Sizin kart pul kisəsində və ya Direct Pay by VTB tətbiqini yüklədiyiniz smartfon cibinizdə olduğu zaman pul vəsaitlərinin təsadüfi silinməsi mümkün deyil.
Təmassız ödəniş xidmətini dəstəkləyən Visa kartım və ya smartfonum itərsə/oğurlanarsa, mənim pul vəsaitlərim nə dərəcədə qorunur?
Təmassız ödəniş xidmətini dəstəkləyən Visa kartınız və ya smartfonunuz itirildiyi/oğurlandığı zaman dərhal “Azəricard” Prosessinq Mərkəzinin Məlumat Mərkəzinə (194) müraciət edib kartınızı bloklaşdırın.
Təmassız ödənişi həyata keçirə bilmədiyim zaman nə edim ?
Təmassız ödəniş həyata keçirilmədiyi zaman səbəbi öyrənmək üçün “Azəricard” Prosessinq Mərkəzinin dəstək xidməti (194) və ya Bankın Məlumat Mərkəzi (986) ilə əlaqə saxlayın.
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələr etmək mümkündür?
Bəli. Siz beynəlxalq köçürmələri Facebook və ya WhatsApp Messenger Çat-Bankı vasitəsilə həyata keçirə bilərsiniz.
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin üstünlükləri nədir?
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin üstünlükləri:
- Komissiya hər zaman 1% (min. 3.5AZN/ 2USD/EUR/ 150RUB) təşkil edir;
- Vəsaitləri almaq və ya göndərmək üçün heç bir yerə getmədən Whatsapp/Facebook Messenger vasitəsilə həyata keçirə bilərsiniz;
- Göndərilən vəsaitlər dərhal göndərdiyiniz şəxsin kart hesabına köçürülür;
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin hər hansı bir məhdudiyyəti var?
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin məhdudiyyəti:
- Xidmətdən yalnız Çat-Bankın identifikasiya olunmuş istifadəçiləri yararlana bilər;
- Beynəlxalq köçürmələr yalnız VİSA ödəmə sisteminin kartları arasında mümkündür(4 rəqəmi ilə başlayan Beynəlxalq Ödəniş Sisteminin 16 rəqəmli VİSA kartları);
- Azərbaycan Respublikasının Valyuta Tənzimləmə Qaydalarına uyğun olaraq maksimal məbləğ gün ərzində 1000USD (və ya digər valyuta ekvivalenti), ay ərzində 10 000USD təşkil edə bilər.
WhatsApp Messenger Çat-Bankı vasitəsilə beynəlxalq köçürmələri necə həyata keçirə bilərəm?
ДWhatsapp Messenger Çat-Bankı vasitəsilə beynəlxalq köçürmə etmək üçün:
- Əsas menyuda "3-Köçürmələr" göndərin;
- Qeyd olunan link-ə keçid edin;
- Açılmış səhifədə "Beynəlxalq" bölməsini seçin;
- olunan məlumatı daxil edin (kartdan/hesabdan, alan kart, kart sahibinin adı, köçürmənin təyinatı)
- Köçürməni təsdiq edin.
Facebook Messenger Çat-Bankı vasitəsilə beynəlxalq köçürülmələri necə həyata keçirə bilərəm?
Facebook Messenger Çat-Bankı vasitəsilə beynəlxalq köçürmə etmək üçün:
- Əsas menyuda "Ödənişlər" bölməsini seçin;
- "Card to card köçürmələr" bölməsini seçin;
- Açılmış səhifədə "Beynəlxalq" bölməsini seçin;;
- Tələb olunan məlumatı daxil edin (kartdan/hesabdan, alan kart, kart sahibinin adı, köçürmənin təyinatı);
- Köçürməni təsdiq edin.
Kartımın vayutasından fərqli valyutada köçürmə edə bilərəm?
Bəli. Fərqli valyutalı köçürmə mümkündür. Bu halda konvertasiya Bankın həmin günə olan nağdsız məzənnəsinə əsasən komissiya tutulmadan həyata keçirilir.
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin limiti nədir?
Azərbaycan Respublikasının Valyuta Tənzimləmə Qaydalarına uyğun olaraq maksimal məbləğ gün ərzində 1000USD (və ya digər valyuta ekvivalenti), ay ərzində 10 000USD təşkil edə bilər.
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin komissiyası nədir?
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin komissiyası hər zaman 1% (min. 3.5AZN/ 2USD/EUR/ 150RUB) təşkil edir
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələri həyata keçirə bilmədiyim zaman nə edim?
Beynəlxalq köçürmələrini həyata keçirə bilmədiyiniz zaman səbəbi öyrənmək üçün Bankın Məlumat Mərkəzi (986) ilə əlaqə saxlayın.
Göndərilən şəxs neçə gün ərzində vəsaitləri əldə edə bilər?
Göndərilən vəsaitlər dərhal göndərdiyiniz şəxsin kart hesabına köçürülür
Whatsapp Messenger-in Çat-Bankında identifikasiyanı necə keçim?
Для того, чтобы пройти идентификацию в Чат-Банке WhatsApp Messenger, необходимо:
- Linkə keçid edin: Link
- "? – Dəstək və tənzimləmələr" göndərin
- "3 – VTB müştərisi kimi daxil olmaq" göndərin
- Mobil nömrənizə SMS vasitəsilə göndərilən 6 rəqəmli şifrəni daxil edin;
- Şəxsiyyət vəsiqənizin FİN-kodunu, və ya pasportun nömrəsini (əgər siz qeyri-rezidentsiz) daxil edin;
- Bankın müştərisi olduğunuz halda (Bankda hesabınız varsa) identifikasiya olunmuş müştərinin əsas menyusuna daxil olacaqsınız
Facebook Messenger-in Çat-Bankında identifikasiya keçmək üçün:
- Linkə keçid edin: Link
- "Directə daxil olmaq" düyməsini seçin;
- +994501234567 formatında mobil nömrənizi daxil edin;
- Mobil nömrənizə SMS vasitəsilə göndərilən 6 rəqəmli şifrəni daxil edin;
- Şəxsiyyət vəsiqənizin FİN-kodunu, və ya pasportun nömrəsini (əgər siz qeyri-rezidentsiz) daxil edin;
- Bankın müştərisi olduğunuz halda (Bankda hesabınız varsa) identifikasiya olunmuş müştərinin əsas menyusuna daxil olacaqsınız;