Çat-Bank vasitəsilə hansı əməliyyatları həyata keçirə bilərəm?
Çat-Bank Sizin Facebook və WhatsApp Messenger-lərdə virtual köməkçinizdir!
Onun köməyi ilə Siz müxtəlif xidmətlərdən yararlana bilərsiniz:
1. Kartlar üzrə:
- PULSUZ rəqəmsal Visa Direct kartını əldə edilməsi;
- kommunal xidmətlərin ödənişi;
- mobil operatorların balansının artırılması;
- kartın balansının terminallar, ATM və Filiallar vasitəsilə artıraraq onlayn alış-veriş;
- istənilən an əldə olunan hesabdan çıxarışlar və kart üzrə rekvizitlər;
- bir toxunuşla QR-kod vasitəsilə karta pul köçürulməsi;
- kartın bloklaşdırılması;
2. Kreditlər üzrə:
- kredit sifarişi və dəqiqələr içində qərarın verilməsi;
- kredit ödənişi;
- balansda olan qalığa, faiz dərəcəsinə, aylıq ödənişə nəzarət;
3.Depozitlər üzrə:
- depozit hesabının artırılması;
- depozitin bir toxunuşla sifarişi;
- hesabda olan məbləğə, hesablanmış faizlərə, illik faiz dərəcəsinə, əmanətin yerləşdirilmə və bitmə tarixinə nəzarət.
4. Yalnız Çat-Bank istifadəçiləri üçün keçirilən Aksiyalarda iştirak etmək və qazanc əldə etmək imkanı.
Çat-Bankdan istifadə təhlükəsizdir?
Əlbəttə. Kart tamamilə təhlükəsizdir. Bütün əməliyyatlarınız ödəniş sistemlərinin və
Bank VTB(Azərbaycan) -ın təsdiqlənmiş və təhlükəsiz bağlantıları vasitəsilə icra olunur. Facebook və WhatsApp profilinizi yaratdığınız zaman təqdim etdiyiniz məxfi məlumatlar istisna olmaqla, heç bir konfidensial məlumat saxlamır. Əlavə olaraq, bütün internet-ödənişləriniz CVV2-kodu ilə qorunur, hansınıki Facebook-da “Mənim məhsulları” və ya WhatsApp-da “5-Kartlar”/ “1-Rekvizitlər” menyusunda əldə edə bilərsiniz.
Facebook Messenger-in Çat-Bankında identifikasiyanı necə keçim?
Facebook Messengerin Çat-Bankında identifikasiya keçmək üçün:
1. Linkə keçid edin:
2. "Directə daxil olmaq" düyməsini seçin;
3. +994501234567 formatında mobil nömrənizi daxil edin;
4. Mobil nömrənizə SMS vasitəsilə göndərilən 6 rəqəmli şifrəni daxil edin;
5. Şəxsiyyət vəsiqənizin FİN-kodunu, və ya pasportun nömrəsini (əgər siz qeyri-rezidentsiz) daxil edin;
6. Bankın müştərisi olduğunuz halda (Bankda hesabınız varsa) identifikasiya olunmuş müştərinin əsas menyusuna daxil olacaqsınız;
Whatsapp Messenger-in Çat-Bankında identifikasiyanı necə keçim?
WhatsApp Messengerin Çat-Bankında identifikasiya keçmək üçün:
1. Linkə keçid edin;
2. "? – Dəstək və tənzimləmələr" göndərin;
3. "3 – VTB müştərisi kimi daxil olmaq" göndərin;
4. Mobil nömrənizə SMS vasitəsilə göndərilən 6 rəqəmli şifrəni daxil edin;
5. Şəxsiyyət vəsiqənizin FİN-kodunu, və ya pasportun nömrəsini (əgər siz qeyri-rezidentsiz) daxil edin;
6. Bankın müştərisi olduğunuz halda (Bankda hesabınız varsa) identifikasiya olunmuş müştərinin əsas menyusuna daxil olacaqsınız.
Virtual kart nədir və onunla hansı əməliyyatları həyata keçirə bilərəm?
Virtual kart onlayn ödənişlər üçün nəzərdə tutulmuş və fiziki daşıyicısız buraxılan bir kartdır. Bu kart vasitəsilə Siz necə ki ölkədaxili, eləcə də xarici kartlara köçürmələr, onlayn alış-veriş, mobil operatorların balansının artırılması, kommunal xidmətlərin ödənişi, QR kodun yaradılması və bir toxunuşla karta pul köçürülməsi kimi bank əməliyyatlarını həyata keçirə bilərsiniz.
Bankımız Sizə Direct virtual kartını PULSUZ hədiyyə edir.
Virtual kartın istifadəsinə görə komissiya haqqı nə qədərdir?
DIRECT kartlarının buraxılması, onlar arasında köçürülmələr, digər bank kartlarından mədaxil hər zaman PULSUZDUR.
Digər banklar və Azəricard kartlarına köçürülmələr, MilliÖn/eManat terminalları vasitəsilə madaxil və digər bankomatlardan nağdlaşdırma əməliyyatları Bankın Tariflərinə uyğun olaraq həyata keçirilir..
Tariflər haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Facebook Chat-Bankı vasitəsilə kartı necə sifariş edə bilərəm?
Kartın sifarişi üçün:
1. Facebook-un Əsas menyusunda "Kart sifariş et" düyməsini seçin;
2. Tələb olunan məlumatları daxil edin;
3. Sifarişinizi təsdiqləyin.
WhatsApp Çat-Bankı vasitəsilə kartı necə sifariş edə bilərəm?
Kartın sifarişi üçün:
1. WhatsApp-ın Əsas menyusunda "5 - Kartlar" göndərin;
2. "5 - Yeni kart sifariş etmək" göndərin;
3. Linkə keçid edib tələb olunan məlumatları daxil edin;
4. Sifarişinizi təsdiqləyin.
Facebook Messenger vasitəsilə dostuma necə kart aça bilərəm?
Sözün əsl mənasında iki toxunuşla! Facebook Messenger-in Əsas menyusunda “Dosta dəvət” düyməsini seçin və yaranan linki dostunuza Facebook və ya digər messencer vasitəsilə - göndərin. Bu kartın açılması Siz və dostunuz üçün PULSUZ olacaq.
Kartlar neçə günə təqdim olunur?
Kart 3 iş günü ərzində təqdim olunur. 10 AZN ödəniş etməklə kartı təcili sifariş edə bilərsiniz. Bu halda kart növbəti iş günü Sizə təqdim olunacaq.
Visa Direct kartının limiti nədir?
Siz DIRECT Çat-Bankın identifikasiya olunmamış müştərisi olduğunuz halda kartınızdaki maksimal qalığ məbləği 100 AZN-dən, alış-verişləriniz üzrə illik dövriyyə məbləği isə Azərbaycan Respublikasının Valyuta Tənzimləmə Qaydalarına uyğun olaraq 1000 AZN-dən artıq ola bilməz.
Visa Direct kartının limitini necə artıra bilərəm?
Kartın limitini artırmaq üçün:
1. Bank VTB (Azərbaycan)-ın istənilən şöbəsinə şəxsiyyət vəsiqəsilə müraciət etmək;
2. Rəqəmsal identifikasiya sistemi vasitəsilə Facebook və ya WhatsApp Çat-Bankında identifikasiya keçməyiniz kifayətdir.
Karta necə mədaxil edə bilərəm?
Kartınızın balansına bir neçə üsulla mədaxil edə bilərsiniz:
1. Cash İn funksiyalı ATM-lər (bankomatlar) vasitəsi ilə;
2. MilliÖn/eManat terminalları vasitəsi ilə;
3. WhatsApp və ya Facebook Messenger-də sistem tərəfindən yaradılan QR kod vasitəsi ilə;
4. Cart to Card xidməti vasitəsi ilə;
5. Bankın istənilən filialına yaxınlaşaraq.
Ödəmə terminalları vasitəsi ilə kart balansına necə mədaxil edə bilərəm?
1. Terminalın əsas səhifəsinin "Bank xidmətləri" menyusunda "Bank VTB Azərbaycan"ı seçim edirsiniz;
2. Kartın son 8 rəqəmi və müddətini qeyd edirsiniz;
3. Məbləği daxil etdikdən sonra ödənişi təsdiqləyirsiniz.
ATM vasitəsi ilə balansa necə mədaxil edə bilərəm?
1. Cash İn funksiyalı ATM-ə yaxınlaşaraq;
2. Xidmətlər bölümünün “Cash to Card” bölməsini seçərək, kart nömrəsinin 16 rəqəmini qeyd edirsiniz;
3. Məbləği daxil etdikdən sonra ödənişi təsdiqləyirsiniz.
Facebook Messenger-in Çat-Bankında QR kod vasitəsi ilə kartın balansına necə mədaxil edə bilərəm?
Siz Çat-Bank üzərindən QR kod yaradaraq, tək toxunuşla balansınıza mədaxil edə bilərsiniz. Bunun üçün:
1. Facebook Messenger Çat-Bankının Əsas menyusunda "Balansı artır" bölümünü seçirsiniz;
2. QR pəncərəsində “Hesab yarat” düyməsini seçirsiniz;
2. Artırmaq istədiyiniz kart hesabını və məbləği qeyd edirsiniz;
3. Digər istifadəçi tərəfindən (hesabı artırmaq üçün linki / QR kodu alan istifadəçi tərəfindən) sistem üzərində təqdim olunan QR kod skan edildikdən sonra, vəsait hesabınıza mədaxil olunur.
WhatsApp Messenger-in Çat-Bankında QR kod vasitəsi ilə kartın balansına necə mədaxil edə bilərəm?
Siz Çat-Bank üzərindən QR kod yaradaraq, tək toxunuşla balansınıza mədaxil edə bilərsiniz. Bunun üçün:
1. WhatsApp Messenger Çat-Bankının Əsas menyusunda "1 - Balansın artırılması" göndərirsiniz;
2. “1 - QR vasitəsilə” göndərirsiniz;
2. Artırmaq istədiyiniz kart hesabını və məbləği qeyd edirsiniz;
3. Digər istifadəçi tərəfindən (hesabı artırmaq üçün linki / QR kodu alan istifadəçi tərəfindən) sistem üzərində təqdim olunan QR kod skan edildikdən sonra, vəsait hesabınıza mədaxil olunur.
Virtual kartdakı vəsaiti necə nağdlaşdıra bilərəm?
Hazırda virtual kartdakı vəsaitin nağdlaşdırılması mümkün deyil.
Sizin Bankdan debet kartı sifariş etmək istəyirəm. İnternet üzərindən hər hansı bir əməliyyatın icrası üçün məhdudiyyət var?
Bank VTB (Azərbaycan) tərəfindən təqdim olunan kartlar ilə hər hansı bir əməliyyatın icrası üçün məhdudiyyət qoyulmamışdır. Əlavə olaraq, nəzərinizə çatdırmaq istərdik ki, əməliyyatı icra edəcəyiniz sayt üzərindən hər hansı bir məhdudiyyət ola bilər ( AR kartlarını dəstəkləməməsi və s.).
Virtual kart vasitəsi ilə mərc oyunlarında ödəniş etdikdə komissiya haqqı tutulurmu?
Virtual kart vasitəsi ilə mərc oyunlarına ödəniş etdiyiniz zaman Bank tərəfindən 2% (min. 5AZN/USD/EUR/250 RUB) + uduş məbləğinin 10% həcmində ƏDV tutulacaqdır.
Kart itirildikdə Facebook-un Çat-Bankı vasitəsilə kartı necə bloklaşdıra bilərəm?
Kartı bloklaşdırmaq üçün:
- Çat-Bankın Əsas menyusunda "Mənim məhsullarım" bölməsinə daxil olun;
- Bloklaşdırmaq istədiyiniz kartın üzərində "Kart rekvizitləri" düyməsini seçin;
- "Kartı bloklaşdırmaq" düyməsini seçin.
Kart itirildikdə WhatsApp-ın Çat-Bankı vasitəsilə kartı necə bloklaşdıra bilərəm?
Kartı bloklaşdırmaq üçün:
1. Əsas menyuda "5 - Kartlar" göndərin;
2. Bloklaşdırmaq istədiyiniz kartın rəqəmini göndərin;
3. "1 - Rekvizitlər və CVV2-kod" göndərin;
4. Linkə keçid edib "Kartı bloklaşdırmaq" düyməsini seçin.
Kartım bloka düşdüyü zaman nə edim?
Kart bloka düşdüyü zaman onu bərpa etmək üçün:
1. Bankın Məlumat mərkəzinə zəng edərək (+994) 986; + 994 492 00 80 nömrələrinə) kartın son 6 rəqəmini və məxfi sözü təqdim etmək kifayətdir.
2. İstənilən filialımıza yaxınlaşıb, PIN-kodu blokdan çıxara bilərsiniz.
Facebook Çat-Bankı vasitəsilə necə kredit sifariş edə bilərəm?
Kredit sifarişi üçün, linkə keçid edin:
1. Əsas menyuda "Kredit al" düyməsini seçin;
2. İstədiyiniz kredit məbləğini və aylıq gəlirinizi qeyd edin;
3. Əgər Siz "Mənim kabinetim" menyusuna daxil olmamısınızsa, bu halda FİN-kod tələb olunan bölməyə şəxsiyyət vəsiqənizin FİN-kodunu əlavə edin;
3. Mobil nömrənizə yönləndirilən 6 rəqəmli şifrəni daxil etməklə sifarişinizi təsdiqləyin.
WhatsApp Çat-Bankı vasitəsilə necə kredit sifariş edə bilərəm?
Kredit sifarişi üçün linkə keçid edin:
1. Əsas menyuda "6 - Kreditlər" göndərin;
2. Qeyd olunan linkə keçid edib istədiyiniz kredit məbləğini və aylıq gəlirinizi qeyd edin;
3. Əgər Siz "Mənim kabinetim" menyusuna daxil olmamısınızsa, bu halda FİN-kod tələb olunan bölməyə şəxsiyyət vəsiqənizin FİN-kodunu əlavə edin;
4. Mobil nömrənizə yönləndirilən 6 rəqəmli şifrəni daxil etməklə sifarişinizi təsdiqləyin.
Facebook Çat-Bankı vasitəsilə necə kredit kartı sifariş edə bilərəm?
Kredit kartı sifarişi üçün, linkə keçid edin:
1. Əsas menyuda "Kredit al" düyməsini seçin;
2. “Kredit kartı” bölməsini seçərək istədiyiniz kredit məbləğini və aylıq gəlirinizi qeyd edin;
3. Əgər Siz "Mənim kabinetim" menyusuna daxil olmamısınızsa, bu halda FİN-kod tələb olunan bölməyə şəxsiyyət vəsiqənizin FİN-kodunu əlavə edin;
3. Mobil nömrənizə yönləndirilən 6 rəqəmli şifrəni daxil etməklə sifarişinizi təsdiqləyin.
WhatsApp Çat-Bankı vasitəsilə necə kredit kartı sifariş edə bilərəm?
Kredit kartı sifarişi üçün linkə keçid edin:
1. Əsas menyuda "6 - Kreditlər" göndərin;
2. Qeyd olunan linkə keçid edərək “Kredit kartı” bölməsini seçin; bölməsini seçin;
3. İstədiyiniz kredit məbləğini və aylıq gəlirinizi qeyd edin;
4. Əgər Siz "Mənim kabinetim" menyusuna daxil olmamısınızsa, bu halda FİN-kod tələb olunan bölməyə şəxsiyyət vəsiqənizin FİN-kodunu əlavə edin;
5. Mobil nömrənizə yönləndirilən 6 rəqəmli şifrəni daxil etməklə sifarişinizi təsdiqləyin.
Çat-Bank Direct-də kredit müraciətimə neçə gün ərzində baxılacaq?
Çat-Bank Direct-da kredit müraciətlərinə 30 saniyə ərzində baxılaraq, cavab təqdim olunur.
Zamin nə zaman tələb oluna bilər?
Kredit alınarkən zamin tələb olunmur.
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələr etmək mümkündür?
Bəli. Siz beynəlxalq köçürmələri Facebook və ya WhatsApp Messenger Çat-Bankı vasitəsilə həyata keçirə bilərsiniz.
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin üstünlükləri nədir?
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin üstünlükləri:
1. Komissiya hər zaman 1% (min. 3.5AZN/ 2USD/EUR/ 150RUB) təşkil edir;
2. Vəsaitləri almaq və ya göndərmək üçün heç bir yerə getmədən Whatsapp/Facebook Messenger vasitəsilə həyata keçirə bilərsiniz;
3. Göndərilən vəsaitlər dərhal göndərdiyiniz şəxsin kart hesabına köçürülür;
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin hər hansı bir məhdudiyyəti var?
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin məhdudiyyəti:
1. Xidmətdən yalnız Facebook / WhatsApp Çat-Bankın identifikasiya olunmuş istifadəçiləri yararlana bilər;
2. Beynəlxalq köçürmələr yalnız VİSA ödəmə sisteminin kartları arasında mümkündür(4 rəqəmi ilə başlayan Beynəlxalq Ödəniş Sisteminin 16 rəqəmli VİSA kartları);
3. Azərbaycan Respublikasının Valyuta Tənzimləmə Qaydalarına uyğun olaraq maksimal məbləğ gün ərzində 1000USD (və ya digər valyuta ekvivalenti), ay ərzində 10 000USD təşkil edə bilər.
WhatsApp Messenger Çat-Bankı vasitəsilə beynəlxalq köçürmələri necə həyata keçirə bilərəm?
Whatsapp Messenger Çat-Bankı vasitəsilə beynəlxalq köçürmə etmək üçün:
1. Əsas menyuda "3-Köçürmələr" göndərin;
2. Qeyd olunan link-ə keçid edin;
3. Açılmış səhifədə "Beynəlxalq" bölməsini seçin;
4. Tələb olunan məlumatı daxil edin (kartdan/hesabdan, alan kart, kart sahibinin adı, köçürmənin təyinatı)
5. Köçürməni təsdiq edin.
Facebook Messenger Çat-Bankı vasitəsilə beynəlxalq köçürlmələri necə həyata keçirə bilərəm?
Facebook Messenger Çat-Bankı vasitəsilə beynəlxalq köçürmə etmək üçün:
1. Əsas menyuda "Ödənişlər" bölməsini seçin;
2. "Card to card köçürmələr" bölməsini seçin;
3. Açılmış səhifədə "Beynəlxalq" bölməsini seçin;
4. Tələb olunan məlumatı daxil edin (kartdan/hesabdan, alan kart, kart sahibinin adı, köçürmənin təyinatı);
5. Köçürməni təsdiq edin.
Kartımın valyutasından fərqli valyutada köçürmə edə bilərəm?
Bəli. Fərqli valyutalı köçürmə mümkündür. Bu halda konvertasiya Bankın həmin günə olan nağdsız məzənnəsinə əsasən komissiya tutulmadan həyata keçirilir.
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin limiti nədir?
Azərbaycan Respublikasının Valyuta Tənzimləmə Qaydalarına uyğun olaraq maksimal məbləğ gün ərzində 1000USD (və ya digər valyuta ekvivalenti), ay ərzində 10 000USD təşkil edə bilər.
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin komissiyası nədir?
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələrin komissiyası hər zaman 1% (min. 3.5AZN/ 2USD/EUR/ 150RUB) təşkil edir
Çat-Bank vasitəsilə beynəlxalq köçürmələri həyata keçirə bilmədiyim zaman nə edim?
Beynəlxalq köçürmələrini həyata keçirə bilmədiyiniz zaman səbəbi öyrənmək üçün Bankın Məlumat Mərkəzi (986) ilə əlaqə saxlayın.
Göndərilən şəxs neçə gün ərzində vəsaitləri əldə edə bilər?
Göndərilən vəsaitlər dərhal göndərdiyiniz şəxsin kart hesabına köçürülür.
VTB NFC/təmassız ödəniş nədir?
VTB NFC bir toxunuşla smartfonu POS-terminala yaxınlaşdıraraq ödəniş etmək imkanını yaradan xidmətdir. Bütün təhlükəsizlik tələblərinə uyğun və innovativ xidmətdir.
VTB NFC/təmassız ödəniş xidmətini necə istifadə edə bilərəm?
Təmassız ödəniş xidmətini istifadə etmək üçün:
-Direct Pay by VTB tətbiqini yükləyin;
-Tətbiqə daxil olub cihaza NFC ödəniş etmək üçün icazəni verin;
-VTB Bankın istənilən təmassız ödəniş xidmətli Visa kartını əlavə edin;
-Şəkildə qeyd olunan mətni daxil edin;
-Təhlükəsizlik üçün SMS-lə aldığınız şifrəni daxil edin;
-Qeydiyyat tamamlandıqdan sonra daxil olmaq üçün şifrə təyin edin;
-Kartı seçin;
-"Servislər" bölməsinə daxil olun;
-"Enable Contactless Payments" seçərək təmassız ödənişlərə start verin.
VTB NFC/təmassız ödəniş xidməti ilə ödənişi necə edə bilərəm?
Təmassız ödəniş xidməti ilə ödəniş etmək üçün:
-Direct Pay by VTB tətbiqinə daxil olun;
-Kartı seçin;
-Smartfonu Paywave funksiyalı POS-terminala yaxınlaşdıraraq "Make a contactless payment" klikləyib ödənişi həyata keçirin.
VTB NFC/təmassız ödəniş xidmətini necə deaktiv edə bilərəm?
Təmassız ödəniş xidmətini deaktivasiya etmək üçün:
-Direct Pay by VTB tətbiqinə daxil olun;
-Kartı seçin;
-"Disable contactless payments" klikləyib təmassız ödənişlər funksiyasını deaktiv edin.
VTB NFC/təmassız ödəniş xidmətinə hansı kartları qoşa bilərəm?
VTB Bankın istənilən təmassız ödəniş xidmətli Visa kartlarını qoşa bilərsiniz.
Direct Pay by VTB tətbiqi vasitəsilə təmassız ödəniş edərkən komissiya nə qədər tutulur?
Direct Pay by VTB tətbiqi vasitəsilə təmassız ödəniş edərkən komissiya tutulmur.
Təmassız ödənişlərin limiti nədir?
PİN-kodu daxil etmədən təmassız ödənişlərin limiti 100 AZN-dək təşkil edir.
Təmassız ödənişləri harada edə bilərəm?
Təmassız ödənişləri Paywave funksiyasını dəstəkləyən terminallarda həyata keçirə bilərsiniz.
Təmassız ödəniş zamanı mənim fərdi məlumatlarım qorunur?
Təmassız ödəniş zamanı kart nömrəsi heç bir yerdə görünmədiyinə görə fərdi məlumatlar qorunur.
Kartım pul kisəmdə / Direct Pay by VTB tətbiqini yüklədiyim smartfonum cibimdə olduğu zaman pul vəsaitlərimin təsadüfi silinməsi mümkündür?
Sizin kart pul kisəsində və ya Direct Pay by VTB tətbiqini yüklədiyiniz smartfon cibinizdə olduğu zaman pul vəsaitlərinin təsadüfi silinməsi mümkün deyil.
Təmassız ödəniş xidmətini dəstəkləyən Visa kartım və ya smartfonum itərsə/oğurlanarsa, mənim pul vəsaitlərim nə dərəcədə qorunur?
Təmassız ödəniş xidmətini dəstəkləyən Visa kartınız və ya smartfonunuz itirildiyi/oğurlandığı zaman dərhal “Azəricard” Prosessinq Mərkəzinin Məlumat Mərkəzinə (194) müraciət edib kartınızı bloklaşdırın.
Təmassız ödənişi həyata keçirə bilmədiyim zaman nə edim ?
Təmassız ödəniş həyata keçirilmədiyi zaman səbəbi öyrənmək üçün “Azəricard” Prosessinq Mərkəzinin dəstək xidməti (194) və ya Bankın Məlumat Mərkəzi (986) ilə əlaqə saxlayın.