Kredit ödənişi üsulları

Kredit ödənişi rahat etmək üçün sizə uyğun ödəniş üsulunu seçin.

DIRECT rəqəmsal bankı

Siz kredit ödənişinizi Facebook social şəbəkəsində virtual köməkçi DIRECT. botu vasitəsilə edə bilərsiniz. Facebook-un hər bir istifadəçisi üç dildə - azərbaycan, rus, ingilis dillərində bu xidmətdən yararlana bilər. Müştərilər bank əməliyyatlarını, o cümlədən kredit ödənişlərini Facebook Messencerində 24/7 rejimində dostlarla ünsiyyəti pozmadan həyata keçirə bilərl.
Kredit ödənişini botun menyusunda müvafiq xidməti seçərək və ya QR kod vasitəsilə etmək olar - əgər krediti rəsmiləşdirdikə Bank tərəfindən təqdim olunan ödəniş cədvəlində QR kod mövcuddursa. Siz QR kodu skan edib və ödənilən kreditlərin rekvizitləri göstərilən kreditlərin ödənişi menyusuna keçid edə bilərsiniz.


DIRECT necə qoşulmaq olar?

  1. Facebook social şəbəkəsində DIRECT səhifəsinə daxil olun
    və ya QR kodu skan edin
    qr-direct.png
  2. Pulsuz virtual kartını əldə edin
  3. Aktivləşdirmək üçün mobil nömrənizi daxil edin
  4. Telefon nömrənizə göndərilən odu daxil edin
  5. Şəxsiyyət vəsiqənizin FİN-kodunu daxil edin

Krediti necə ödəmək olar?

  1. Menyuda “Mənim məhsullarım”, daha sonra ödəniləcək krediti seçin
  2. Vəsaitin silinməsi üçün hesabı seçin
  3. Ödənişin məbləğini daxil edin
  4. Ödənişi təsdiqləyin

İnternet/Mobil bank

VTB Online və VTB Mobile ( IOS Android platformalarında təqdim olunan) xidmətlər vasitəsilə Sİz internetin mövcud olduğu istənilən yerdə ödəişinizi edə bilərsiniz. Xidmət 24/7 rejimində fəaliyyət göstərir.

İnternet Banka necə qoşulmaq olar?

  1. İnternet Banka qoşulmaq üçün bankın filialına və ya 986 nömrəli Çağrı mərkəzinə müraciət edin.
  2. Sistemə link vasitəsilə https://online.vtb.az/netteller-war/ daxil olun və elektron poçt vasitəsilə əldə etdiyiniz loqindən istifadə edin.
  3. Sistemə daxil olub telefonunuza SMS vasitəsilə göndərilən birdəfəlik parolu əvəz edin. Parol ən azı 8 rəqəmdən və ya latın əlifasının hərflərindən ibarət olmalı və loqindən fərqli olmalıdır.

Mobil Banka necə qoşulmaq olar?

  1. App Store Google Play -dən VTB Mobile əlavəsini yükləyin
  2. Əgər siz İnternet Banka qoşulmusunuzsa, o zaman Mobil Banka daxil olmaq üçün eyni loqin və paroldan istifadə edin
  3. Telefonunuza göndərilən kodu sistemə daxil edin

Krediti necə ödəmək olar?

  1. İnternet/Mobil Bank xidmətini aktivləşdirin
  2. Sistemə daxil olun
  3. Kredit bölməsini seçin
  4. “Hesablar arasında köçürmə” – ni seçin
  5. Ödəniş edəcəyiniz hesabı seçin
  6. Məbləği daxil edin və kreditin ödənişini təsdiqləyin

Bankın saytı

Bankın saytında kredit ödənişini edərək Siz vaxtınıza qənaət etmiş olacaqsınız. Bu rahat və surətlidir.

Krediti necə ödəmək olar?

  1. vtb.az saytına daxil olun
  2. Əsas səhifədə bölməsini seçin
  3. Ödəniş növünü seçin - şəxsiyyət vəsiqəsinin FİN-kodu, müqavilənin nömrəsi və ya kartın nömrəsi
  4. Daha sonra ödəniş edəcəyiniz kartın rekvizitlərini və ödəniş məbləğini daxil edin

E-manat, MilliOn ödəniş terminalları

Ödəniş etməyin rahat üsulu ödəniş terminallarıdır. Geniş coğrafiyası olan terminallar ödənişi demək olar ki, itsənilən yerdə və istənilən vaxtı etməyə imkan verir.

Krediti necə ödəmək olar?

  1. Ödəniş terminalının monitorunda “Bank xidmətləri” bölməsini, daha sonra “Bank VTB (Azərbaycan)” seçin
  2. Şəxsiyyət vəsiqəsinin FİN-kodunu, müqavilə nömrəsini və ya kart nömrəsini daxil edin
  3. Borcalanın adı və soyadı, müqavilə nömrəsi və ya şəxsiyyət vəsiqəsinin FİN-kodu vasitəsilə göstərilən məlumatların doğruluğunu yoxlayın
  4. Məbləği daxil edib kreditin ödənişini təsdiqləyin

Diqqət!

17.00-dan sonra və qeyri-iş günlərində həyata keçirilən kredit üzrə ödəniş növbəti iş gününün tarixində hesaba oturulacaq.