Sayt üzrə axtarış
Onlayn növbə
Onlayn növbə sifarişi nədir?
Onlayn sifariş bankın elektron növbə sistemi ilə təchiz olunmuş filiallarına gəlmək üçün arzu olunan vaxtın rezervasiyası üçün nəzərdə tutulub. Bu, Sizə bankda növbə gözləməmək və vaxtınıza qənaət etməyə imkan verəcək. Növbə sifariş etmək üçün bu linkdən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı Sizə filialı və bankda istifadə etməyi planlaşdırdığınız xidməti seçmək imkanı verilir.
Rezervasiya təsdiqləndikdən sonra Sizin elektron ünvanınıza bron haqqında, o cümlədən xüsusi unikal kod qeyd olunduğu məlumat daxil olacaq. Bu kodu növbə təyin olunmuş vaxtdan 15 dəqiqədən gec olmayaraq bankın filialında növbə terminalına daxil etmək lazımdır. Kodu daxil etdikdə Siz bankdakı xidmətdən növbədənkənar istifadəni nəzərdə tutan nömrə alırsınız.