Menu

Close
ATM’s and Branches
Personal
Business

“Bank VTB Azərbaycan” kuboku adlı futbol turnirinin qalibləri mükafatlandırılıb

Gələcək nəslin inkişafını dəstəkləyən bir bank olaraq, Bank VTB Azərbaycan, 4-6 iyun tarixlərində “Baku Sportinq” uşaq futbol klubunun təşəbbüsü ilə, “Bank VTB Azərbaycan” kuboku adlı futbol turnirinin Baş Sponsoru kimi çıxış edib. Yarışın açılış mərasimində “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü Yasin Cəlilov “Baku Sportinq” futbol klubunun rəhbərliyinə və əməkdaşlarına bu cür geniş miqyaslı tədbirin təşkilatına görə dərin minnətdarlığını bildirib, bu əməkdaşlığın daim uğurla davam edəcəyinə əmilik bildirib.

U-10 Liqasında mübarizə aparan 6 komandanın iştirak etdiyi turnir 3 gün davam edib. Açılış mərasiminin rəsmi və bədii hissələri başa çatdıqdan sonra püşkatma mərasimi keçirilib. Buna əsasən, komandalar 2 qrupa bölünüb. A qrupunda - “Baku Sportinq”, “Zirə”, “Qəbələ”, B qrupunda isə “Sabah”, “Tekin” və ”Sumqayıt” komandaları yer aldılar. Turnirin final görüşü və bağlanış mərasimi isə iyun ayının 6-da keçirilib. Turnirin qalibi kubok və medallarla mükafatlandırılıb.

Bağlanış mərasimində “Bank VTB Azərbaycan”ASC-nin İdarə Heyətinin üzvü Evgeniy Borodin çıxış edərək, bu ifadələri bildirmişdir: “Belə bir möhtəşəm tədbirdə - “Bank VTB Azərbaycan kuboku” futbol turnirində iştirak etdiyimizə görə çox şadıq. Turnirin baş sponsoru olan Bank VTB ailəsi olaraq, əsas məqsədimiz uşaqlar arasında futbola olan marağı artırmaq və onlara hər zaman dəstək olduğumuzu göstərməkdir. Çünki,onlar bizim gələcəyimizdir! Qalib “Sumqayıt” komandasını və digər gənc futbolçularımızı təbrik edir, onlara bol-bol nailiyyətlər arzu edirik!”.



Call order form

Name

Contact number