Müştəri tərəfindən bank VTB (Azərbaycan)-a “ASAN” finans və Azərbaycan kredit bürosu MMC ilə əlaqə üçün təqdim olunan raziliq
Bank əməliyyatlarının aparılması/istifadə edilməsi məqsədi ilə “ASAN” Finans sistemindən aşağıda göstərilən məlumatları Bank VTB (Azərbaycan) ASC-yə təqdim edilsin:
1. Şəxsiyyət vəsiqəm üzrə müəyyən olunan məlumatların alınmasınara razılıq verirəm.
2. İş yerim üzrə müəyyən olunan məlumatların alınmasına razılıq verirəm.
3. Ümumvətəndaş pasportum üzrə müəyyən olunan məlumatların alınmasına razılıq verirəm.
4. Miqrasiya qeydiyyatım üzrə müəyyən olunan məlumatların alınmasına razılıq verirəm.
Bu razılıq 25 il müddətinə qüvvədədir. Razılığın yazılı müraciətimə əsasən vaxtından əvvəl ləğv edilə bilməsi mənə izah olundu.

Azərbaycan Kredit Bürosu MMC-də (Kredit reyestrini aparan digər təşkilatlarda) olan bütün məlumatların Bank VTB (Azərbaycan) ASC tərəfindən əldə edilməsinə və ya həmin təşkilatlara ötürülməsinə və bütün məlumatların toplanılmasına və işlənilməsinə icazə verirəm.
Borc öhdəliyi ilə bağlı olmayan hallar üzrə Azərbaycan Kredit Bürosu MMC-dən (Kredit reyestrini aparan digər təşkilatlardan) məlumatın əldə olunmasına/işlənilməsinə razılığım müddətsizdir və geri götürülənədək qüvvədədir.
Mənə aid məlumatların transsərhəd ötürülməsinə razıyam.
Bu razılıqlar əsasında əldə edilmiş məlumatların saxlanma müddəti müvafiq xidmətdən istifadə müddəti ilə eynidir və həmin xidmətə xitam verildikdən sonra məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada arxivləşdirilsin.