Sayt üzrə axtarış
Səhmlər haqqında məlumat
-
Bank VTB (PSC) – 99,9999 %
-
Fiziki şəxs – 0,0001%.
-
Bank VTB (Azərbaycan) ASC tərəfindən emissiya edilən qiymətli kağızların növü adi səhmlərə, forması isə sənədsiz, adlı səhmlərə aiddir.
Sözügedən səhmlərin nominal dəyəri – 0,2 (iyirmi qəpik) AZN bərabərdir. Buraxılışının qeydiyyat nömrəsi – AZ1002004146.
Bank VTB (Azərbaycan) ASC-nin səhmlərin payı aşağıdakı kımidir:
Bankın səhmdarları Azərbaycan Respublikası Mülki Məcəlləsi 106-1.3-cü maddəsinə əsasən aşağıdakı hüquqlara malikdirlər:
Bankın idarə edilməsində Mülki Məcəllə, digər qanunvericiliklə və Bankın nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
qanunvericiliklə müəyyən edilmiş qaydada, Bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
Bankın səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
Bankın səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək;
Bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (Mülki Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək;
Bankın fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
Bankın xalis mənfəətindən dividend almaq;
Bankın fəaliyyətinə xitam verildikdə, Bankın kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Bankın yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
icra orqanının və müşahidə şurasının üzvlərinin səhlənkarlığına və Banka qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək;
Bankın səhmlərinin satışı prosesində iştirak etmək;
bağlanmış əqd nəticəsində Banka və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək;
bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq.
Mülki Məcəllədə və Bankın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
Yenilənib: 20.05.2019