VTB (Azərbaycan) kredit ödənişində çətinliklər üzləşən müştərilərə dəstək olacaq


28 April 2020

Bank VTB (Azərbaycan) fiziki şəxslər üçün kredit üzrə dəbbə pulunun hesablanmasını dayandırır. VTB (Azərbaycan) müştərilər qarşısında sosial məsuliyyətini dərk edərək, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzərdə tutulmuş xüsusi karantin rejimi şəraitində maliyyə çətinliyi ilə üzləşmiş müştərilərinə dəstək olmağa qərar verib.

Dəbbə pulunun hesablanması bütün məhsullar üzrə (“Əmanət təminatlı kredit” və Azərbaycan İpoteka və kredit-zəmanət fondunun vəsaiti hesabına verilən “İpoteka krediti” istisna olmaqla) dayandırılır.

Güzəşt 01.03.2020-ci il tarixinə kredit üzrə gecikməsi olmayan borcalanlar üçün nəzərdə tutulub. Dəbbə pulunun hesablanması avtomatik olaraq dayandırılır – müştərinin banka gəlməyinə ehtiyac yoxdur.

Bundan başqa, kredit üzrə gecikməsi 30 gündən çox olmayan müştərilər 3 ay müddətinədək güzəşt müddət əldə edə bilər. Bu müddət ərzində yalnız kredit üzrə faizləri ödəmək tələb olunur ki, bu da aylıq ödənişi xeyli azaltmağa imkan verir. Güzəşt müddətindən cari gecikmiş borc tam ödənildikdə istifadə etmək olar.

Güzəşt müddəti üzrə təklifdən istifadə etmək üçün borcalan 30 iyun 2020-ci il tarixinədək banka müraciət etməlidir. Karantin rejimi müddətində filialların iş cədvəli ilə linkə keçid edərək tanış olmaq mümkündür. Dəstək proqramı üzrə ətraflı məlumatı 986 qısa nömrə və ya WhatsApp (+994 55 214 09 86) vasitəsilə bankla əlaqə saxlayaraq əldə etmək mümkündür.


Geriyə