VTB — VTB (Azərbaycan) "Sərfəli" əmanətin gəlirliyini illik 10%-ə qədər artırdı

VTB (Azərbaycan) "Sərfəli" əmanətin gəlirliyini illik 10%-ə qədər artırdı


20 August 2021

VTB (Azərbaycan) başlatdığı kampaniya çərçivəsində milli valyutada olan "Sərfəli" əmanətinin baza faiz dərəcələrini artırdı. Maksimum gəlirlik illik 10%-ə qədər olacaq.

Əmanət müddəti, məbləğdən asılı olmayaraq 730 gündən 1095 günə qədər artırılıb. Depozit açmaqla bankın müştəriləri artıq məqsədlərindən asılı olaraq 90 gündən 1095 günədək müddətə vəsait yerləşdirə biləcəklər. Depozit üzrə faizlər müddətin sonunda hesablanacaq. Təklif 10 Noyabr 2021 -ci ilə qədər davam edəcək.

“VTB müştərilərinə şəxsi vəsaitlərinin yığımı üçün ən əlverişli şərtləri təklif etməyə çalışır. Bankımızın depozit məhsulları bazarda ən çox tələb olunan məhsullar arasındadır və milli valyutada olan əmanətlərə böyük tələbat var. Əmanətlərini qazandıqları və xərclədikləri valyutada saxlamaq müştərilər üçün faydalıdır”, - deyə, VTB (Azərbaycan) İdarə Heyətinin Sədri vəzifəsini icra edən Yevgeni Borodin bildirib.

Müştərilər təklifdən həm bank filiallarında, həm də məsafəli xidmət kanalları - FacebookWhatsApp messencerlərində DIRECT çat-bankı, İnternet və mobil bankçılıq vasitəsi ilə istifadə edə bilərlər.

Depozit açarkən müştəriyə hesablanmış faizləri götürmək üçün pulsuz ödəniş kartı, SMS bildiriş xidməti və İnternet və mobil bank bağlantısı verilir.


Geriyə