VTB (Azərbaycan) “Smartfonla ödəniş et – Cash Back qazan” adlı aksiyaya start verdi


2 March 2021

sayt-nfc.png 
 Yeni aksiya çərçivəsində bank VTB (Azərbaycan)-ın bütün VİSA kart   istifadəçiləri NFC texnologiyası ilə ilk dəfə təmassız ödəniş edərkən Cash   Back qazanacaq. Bunun üçün Direct Pay By VTB əlavəsini (Play Market
 və AppGallery-də mövcuddur) mobil telefona yükləmək və
 NFC funksiyasını   dəstəkləyən Android platformalı smartfon vasitəsilə   təmassız ödəniş etmək   lazımdır.

 Ödənişi etmək üçün mobil telefonu   təmassız ödənişi dəstəkləyən   i
 stənilən POS-terminala yaxınlaşdırmaq kifayətdir.

 Bununla yanaşı, kart sahibləri növbəti ödənişlər zamanı da Cash Back əldə   edə bilər. Ay ərzində 5 manatdan başlayan on və daha çox ödəniş həyata   keçirən müştərilərə 25 manat geri qayıdacaq.

 Aksiya 10 aprel 2021-ci ilədək   qüvvədədir. Vəsait karta bir aydan gec   olmamaq şərtilə geri qayıdır.

 Linkə keçid edərək smartfon vasitəsilə təmassız ödəniş haqqında ətraflı   məlumat əldə etmək mümkündür.


Geriyə