Valyuta risklərinin idarəetmə metodları

Valyuta riskinin idarə edilməsi açıq valyuta mövqeləri (AVM) üzrə limitlərin təyin olunmasından, təyin olunmuş AVM üzrə limitlərə riayət etməsindən və AVM-lərin təyin olunmuş limitlər çərçivəsində tənzimlənməsindən ibarətdir. Valyuta riskinin idarə edilməsi məqsədilə aşağıdakı AVM üzrə limitlər Bank VTB (Azərbaycan) üçün təyin olunmuşdular:

  • Ayrı-ayrı valyutada AVM üzrə limit – məcmu kapitalın 10 %;
  • Məcmu AVM üzrə limit – məcmu kapitalın 20 %.

AVM üzrə limitlərə riayət olunmasına nəzarət və məsuliyyət Bank VTB (Azərbaycan) ASC-nin Xəzinədarlığın rəisinə həvalə olunur.


Xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlərin (hecinq alətləri) siyahısı, habelə bu alətlərin qısa izahı

 

Xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi aşağıdakı alətlərdən istifadə edilə bilər:

Forvard: əvvəlcədən müəyyən edilmiş dövr üçün və təyin olunmuş məzənnə ilə hər hansı bir valyutanın alqısı/satqısı

Svop: hər hansı bir valyutanın əqd günü baş verən alqı-satqısı və əvvəlcədən müəyyən edilmiş tarixdə və təyin olunmuş məzənnə ilə həmin valyutanın əks alqısı/satqısı

Opsion: əvvəlcədən razılaşdırılmış məzənnə ilə müəyyən dövr üçün Bank və müştəri/kontragent arasında valyutanın alqı-satqısı ilə bağlı tərəflərin birinə öhdəlik digərinə isə seçim hüququ verən müqavilə