Audit


2014-ü ildə ASC Bank VTB (Azərbaycan)-ın müstəqil auditini Ernst & Young (EY) şirkəti həyata keçirmişdir. EY Britaniya audit-konsaltinq şirkətidir və dünyanın "böyük dördlük" audit şirkətləri siyahısına daxildir. Baş ofisi Londonda yerləşir.   

Ernst&Young

Ernst&Young (EY) şirkət olaraq sığorta, vergi, əməliyyat (tranzaksiya) və maliyyə xidmətləri sahəsində qlobal liderdir.

Ernst&Young MDB məkanından olan bir çox şirkətlərlə sıx əməkdaşlıq edir və onlara öz biznes məqsədlərinə çatmaları üçün öz xidmətlərini göstərir. Şirkətin MDB ölkərərində yerləşən 20 ofisində (Bakı, Moskva, Sankt Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov,Togliatti, Vladivostok, Almatı, Astana, Bişkek, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər) 4,500 əməkdaş çalışır. 1989-cu ildə Moskva və sonralar 1994-cü ildə Azərbaycanda ilk ofisini açmaqla şirkət Rusiya və MDB məkanında ilk beynəlxalq səviyyədə xidmət göstərən şirkət olmuşdur. Hal hazırda Ernst&Young MDB məkanında maliyyə xidmətlər üzrə fəaliyyət göstərən şirkətlər arasında ən böyük ofis şəbəkəsinə malikdir.

Ernst&Young qlobal təşkilatdır və Ernst & Young Global Limited-in nəzdində fəaliyyət göstərən şirkət və ya şirkətlərdən ibarətdir.

***

2009-cu ildən etibarən tender əsasında Bank VTB (Azərbaycan)-ın müstəqil auditoru tanınmış konsaltinq şirkəti olan Baker Tilly Audit Azerbaijan MMC seçilmişdir.

Bankın 2010-cu il üzrə növbəti kənar auditinin keçirilməsi üçün “Baker Tilly Audit Azerbaijan” MMC Bankın kənar auditoru təyin edilmişdir.

“Baker Tilly Audit Azerbaijan” MMC–nin təklif etdiyi xidmətlər daha bir neçə tanınmış beynəlxalq audit və məsləhət şirkətlərinin göndərdiyi təkliflər içərisindən seçilmişdir.

“Baker Tilly Audit Azerbaijan” MMC-nin təklif etdiyi audit xidmətləri Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara ciddi riayət olunmaqla aparılır.

Baker Tilly Audit Azerbaijan MMC dünya üzrə tanınan audit şirkətlərinin ilk onluğuan daxildir.