Müşahidə Şurası

Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası Azərbaycan Respublikasının qanunvericiliyi, Bankın Nizamnaməsi, Müşahidə Şurası haqqında əsasnamə və Bankın digər daxili sənədləri əsasında fəaliyyət göstərir. Müşahidə Şurasının səlahiyyətləri çərçivəsinə, qanunvericilik və Bankın  nizamnaməsi ilə Səhmdarların Ümumi yığıncağının səlahiyyətləri çərçivəsinə aid edilən məsələlərin həlli istisna olmaqla, Bankın fəaliyyətinə ümumi rəhbərlik məsələlərinin həlli daxildir. 


Bortnikov Denis Aleksandroviç

Müşahidə Şurasının Sədri

2011 – indiyədək –Bank VTB (PSC), Şimal-Qərb regional mərkəzin rəhbəri, vitse-prezident. 2011 ilin noyabr ayından – idarə heyətinin üzvü. 2017-ci ilin may ayından- idarə heyətinin sədrinin-prezidentinin müavini.

2007 – 2011 – “Bank VTB Şimal-Qərb” ASC, idarə heyətinin sədrinin müavini, departament rəhbəri, idarə heyətinin sədrinin birinci müavini, idarə heyətinin sədri.

2006 – 2007 -  Vneştorqbank ASC, Sankt-Peterburqdakı filial rəhbərinin müavini.

2004 – 2006 –KB “Quta Bank”, rəhbər müşaviri, “Şimal-Qərb”  filial rəhbərinin müavini.

1996 – 2004 – “Sənaye-tikinti bankı” ASC, likvidliyin idarəedilməsi şöbəsinin məsləhətçisi, transfer əməliyyatlar şöbəsinin məsləhətçisi, maliyyə alətləri şöbəsinin məsləhətçisi, broker əməliyyatları şöbəsinin aparıcı məsləhətçisi, ekvayrinq və avtorizasiyanın baş eksperti, ekvayrinq və avtorizasiya şöbəsinin müdiri.

Ali təhsilini Sankt-Peterburq İqtisadiyyat və maliyyə universitetində alıb və 1996-cı ildə universiteti “milli iqtisadiyyat” ixtisası üzrə bitirib.

Sankt-Peterburq dövlət iqtisadiyyat universitetinin qəyyumluq və “Leninqrad vilayətinin ticari-sənaye palatası” Assosiasiyasının şuralarına daxildir.

1974 – Leninqrad vilayətində doğulub.

   

Tsaryev Sergey Vladimiroviç

Müşahidə Şurasının sədrinin müavini

Əvvəl tutduğu vəzifələr:

04.1998 – 11.1998-ci illər – Dövlət Xüsusiləşdirilmiş Rusiya idxal-ixrac Bankı (Roseksimbank): Kreditləşmə və müştərilərin hesablaşma xidməti Departamentinin bank kreditləri və qarantiyalar idarəsinin bank kreditləri və qarantiyalar şöbəsinin iqtisadçısı;

12.1998 –12.2000-ci illər – “Avrofinans” SKB: İdarə Heyəti Sədrinin birinci müavininin köməkçisi;

01.2001 – 08.2001-ci illər – Xantı-Mansiysk Bankı ASC (Moskva filialı): Xəzinədarlıq şöbəsinin baş mütəxəssisi;

08.2001 – 12.2001-ci illər – «Qarşılıqlı kredit mərkəzi cəmiyyət» Bankı (asc): İdarə Heyəti Sədrinin müşaviri;

12.2001–06.2005-ci illər – Beynəlxalq İnvestisiya Bankı: İnvestisiyaların kreditləşdirilməsi idarəsinin baş referenti;

07.2005-ci ildən etibarən – Bank VTB ASC (Açıq Səhmdar Cəmiyyəti): Törəmə banklar departamentinin MDB banklarının koordinasiyası idarəsinin Mərkəzi Asiya bankları şöbəsinin idarəedici direktoru.

1978-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub.

2000-ci ildə RF Hökuməti yanında Maliyyə Akademiyasını “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə bitirib.

IMG_8599.JPG  

Dyaçenko Andrey Nikolayeviç 

Müşahidə Şurasının üzvü

Tutduğu vəzifələr:

2017-ci ildən bu günə qədər – Bank VTB (PSC), Törəmə şirkətlərdə pərakəndə biznesin inkişafı idarəsinin idarəedici direktoru

2016 – 2017 – maliyyə sahəsində konsaltinq fəaliyyəti ilə məşğul olan şirkətlər qrupunun baş direktoru

2013–2016 – maliyyə, tibb və energetika sahəsində konsaltinq fəaliyyəti ilə məşğul olan şirkətlər qrupunun maliyyə direktoru

2009 – 2013 – Societe Generale Qrupu (“Rosbank” və “Sosyete Jeneral Şərq Bankı” bankları), satışlar və sahibkarlarla iş üzrə fəaliyyətin təşkili idarəsinin rəisi, kiçik biznesin müştəriləri ilə iş idarəsinin rəisi, korporativ müştərilərlə iş idarəsinin rəisi;

2003–2009 – “KMB BANK” QSC (İNTEZA Qrupu), kimik biznes sahəsi üzrə rəhbər, korporativ müştərilərlə iş üzrə baş ekspert, kredit-əmanət məhsulları üzrə ekspert

2003-cü ildə Rostov Dövlət Pedaqoji Universitetinin iqtisad fakültəsini bitirmişdir, “İqtisadiyyat və təhsil müəssisində idarəetmə” ixtisası üzrə iqtisadçı-menecer

2000-ci ildə Rostov Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin bitirib, “geoloji çəkiliş və faydalı qazıntıların axtarışı” ixtisası üzrə mühəndisdir

1978-ci ildə Rostov-na-Donu şəhərində anadan olmuşdur. 

Yenilənib: 11.02.2020-ci il