Kiçik biznesin müştəriləri ilə iş üzrə şöbənin müdiri

Tələblər:

  • İqtisadiyyat sahəsi üzrə ali təhsil;

  • analoji vəzifədə ən azı 1 illik iş təcrübəsi;

  • müəssisələrin maliyyə təhlilinə, mühasibat və idarəetmə hesabatlığına, bank qanunvericiliyinə bələd olma;

  • müştəri bazarına və rəqabət mühitinə yaxından bələd olma;

  • kiçik biznesin müştəriləri ilə işin texnologiyalarına bələd olma, danışıqlar aparmaq bacarığı, Bankın məhsulları və tarifləri haqqında informasiyaya malik olmaq;

  • əsas bank prosedurlarını bilmək;

  • Rus dili (sərbəst)

 Öhdəliklər:

  • Kiçik biznesin müştərilərinin kompleks bank xidmətlərinin göstərilməsinə cəlb edilməsinin təşkili, məsləhət xidmətlərinin göstərilməsi, çarpaz satışların həyata keçirilməsi, kiçik biznesin müştərilərinin müştəri bazasının inkişaf etdirilməsi;

  • kiçik biznesin müştərilərinə xidmət və onlarla işin təşkilinə nəzarət;

  • müştərilərlə danışıqların aparılması, ilkin sənədlərlə iş;

  • kiçik biznesin müştərilərinə təklif edilən kredit və digər məhsullar üzrə effektiv tarif və faiz siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak;

  • kiçik biznesin müştəriləri üçün məhsulların şərtləri üzrə bazarın təhlili və əsas rəqiblərin monitorinqinin aparılması, kiçik biznesin müştərilərinin ehtiyaclarını nəzərə alaraq mövcud xidmət və məhsullara dəyişikliklər üzrə təşəbbüslərin irəli sürülməsi / yeni məhsulların hazırlanmasına dair təkliflərin verilməsi;

  • kiçik biznesin müştəriləri tərəfindən ünvanlanan sorğular, şikayət və pretenziyaların koordinasiyası, araşdırılması və tənzimlənməsi üzrə tədbirlərdə iştirak;

  • kreditləşdirmə, müştərilərə fərdi tariflər/faiz dərəcələrinin təklif edilməsi haqqında məsələlərin baxılması üçün Bankın səlahiyyətli orqanının müzakirəsinə çıxarılması;

  • kiçik biznesin müştərilərinin keyfiyyətli və gəlirli kredit/sənədli portfelinin formalaşdırılması;

  • potensial problemli borcla iş təcrübəsi;

  • kreditlərin geri qaytarılmasının təmin edilməsi;

  • əsas göstəricilər üzrə planların yerinə yetirilməsi;

  • Şöbənin fəaliyyətinə rəhbərlik

 CV-ləri hr@vtb.az email ünvanına göndərməyiniz xahiş olunur. ( “Subject” bölməsində vakansıyanı qeyd etməyiniz xahiş olunur.)