Korporativ biznesin məhsullarının metodologiyası və hazırlanması şöbəsinin aparıcı mütəxəssisi

Tələblər:

  • maliyyə/iqtisadiyyat sahəsində ali təhsil;

  • korporativ müştərilər (kiçik və orta biznes) üçün məhsulların və proseslərin hazırlanması, tətbiq edilməsi təcrübəsi;

  • kredit proseslərinin avtomatlaşdırılması sahəsində təcrübə;

  • yüksək özünü təşkil və özünə nəzarət keyfiyyətləri;

  • vaxt çatışmazlığı şəraitində diqqəti tapşırığın həllində cəmləmək bacarığı;

  • analitik qabiliyyət, təfəkkürün sistemliliyi;

  • ünsiyyətlilik, tez qavrama və öz biliyini artırma qabiliyyəti;

  • bank xidmətləri / məhsulları bazarına və rəqabət mühitinə yaxşı bələd olmaq;

  • korporativ biznesin müştərilərinin kreditləşdirilməsi üzrə əsas bank prosedurlarına (girovlar, risklər və s.) və AR MB-nin normativ sənədlərinin reqlamentinə bələd olmaq;

  • görüşlərin aparılması təcrübəsi, reqlament sənədlərinin tərtibi və razılaşdırılması, bazarın təhlili, texniki tapşırıqların hazırlanması;

  • rus və Azərbaycan dillərini bilmək;

  • Word, Exel, PowerPoint proqramlarının təcrübəli istifadəçisi.

Öhdəliklər:

  • bazarın tələblərini və Bankın müştərilərinin məmnunluq səviyyəsini nəzərə almaqla korporativ müştərilər üçün bütün bank məhsullarının modernləşdirilməsi və hazırlanması;

  • məhsulların və kreditləşdirmə, sənədli biznes və passivlərin cəlb edilməsi proseslərini, tranzaksiya əməliyyatlarını və korporativ biznesin digər bank xidmətləri/ məhsullarını tənzimləyən daxili normativ sənədlərin hazırlanması və razılaşdırılması;

  • tətbiq edilən məhsul/xidmət xərclərinin çıxarılmasının hesablanması;

  • korporativ müştərilərə məhsulların/xidmətlərin avtomatlaşdırılmasına dair biznes tələblərinin hazırlanması;

  • məhsul və daxili normativ sənədlərin hazırlanması/razılaşdırılması/təsdiq olunması zamanı aidiyyəti bölmələrlə qarşılıqlı əlaqə;

  • təqdimatların, təklif arayışlarının hazırlanması: məhsulların, proseslərin yaxşılaşdırılması və sövdələşmələrin müşayiəti, qiymət əmələ gəlmə üzrə;

 Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).