Vakansiyalar

Bank VTB (Azərbaycan)—beynəlxalq səviyyəli müasir məhsul və xidmətləri təklif edən universal bankdır. Bank VTB (Azərbaycan) MDB, Avropa, Asiya və Afrika ölkələrində bank və maliyyə təşkilatları olan VTB Qrupun bir hissəsidir.

Azərbaycanda uğurla fəaliyyət göstərən bank bütün əsas maliyyə istiqamətləri üzrə yüksək göstəricilərə nail olub. 

VTB (Azərbaycan)-da peşəkarlardan ibarət böyük bir komanda çalışır. Bank öz fəaliyyətində peşəkar kadrların yetişdirilməsinə və karyera imkanlarına böyük önəm verir.

Bunun üçün peşəkar mütəxəssislərin iştirakı ilə daimi treninqlər təşkil edilir.

Vakansiyalar üçün müraciət edərkən öz cv formanızı və ya bankımızın təklif etdiyi cv formasını yükləyərək doldurub, iş elanlarında qeyd olunan ünvana göndərə bilərsiniz. Bankımızın cv forması bu linkdən yüklənə bilər. 

Bizə qoşulun!


Bank VTB (Azərbaycan)-da cari vakansiyalar:

Distant kanallar şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssis  

Kiçik biznesin müştərilərinin kreditləşməsi şöbəsinin müdiri

Analitika və hesabatlıq şöbəsinin müdiri

SME-kreditləşdirmə üzrə aparıcı mütəxəssis 

Mütəxəssis /aparıcı mütəxəssis

Korporativ müştərilərlə iş üzrə şöbə

Maliyyə analitiki / Korporativ biznes

PL/SQL üzrə aparıcı proqramçı

Təcrübə proqramı 


Distant kanallar şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssis 

 Tələblər:

  •  iqtisadiyyat /maliyyə sahəsində ali təhsil;

  • bank sahəsində analoji vəzifədə azı 1-2 illik iş təcrübəsi (bankın kart biznesi, internet bankinq və rəqəmsal bankçılıq);

  • Azərbaycan Respublikasının bank qanunvericiliyi sahəsində biliklər;

  • bank kart məhsullarını hazırlamaq bacarığı;

  • prosessinq mərkəzləri ilə işləmək bacarığı;

  • bankın müştəriləri və tərəfdaşları ilə səmərəli əlaqələr qurmaq bacarığı, kart buraxılışı/təkrar buraxılışı/bağlanması, qoşulma xidmətləri sahəsində qarşılıqlı əlaqələrin qurulması;

  • kart biznesinin müşayiəti üzrə avtomatlaşdırılmış informasiya proqramları ilə işləmək bacarığı;

  • dil bilikləri: Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilmək, ingilis dilini bilənlərə üstünlük verilir;

  • MS Office proqramlarına (Word, Excel, Power Point) bələd olma.

 Vəzifələri: 

  • rəqabətədavamlı məhsul çeşidinin yaradılması;

  • rəqiblərinin məhsul çeşidi izlənməsi, Bankın məhsullarının tariflərinə müvafiq parametrlərinin daxil edilməsi və yenidən baxılması;

  •  Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Kiçik biznesin müştərilərinin kreditləşməsi şöbəsinin müdiri

 Tələblər:

  •  İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;

  • Analoji vəzifədə azı bir illik iş təcrübəsi;

  • “Banklar haqqında” qanuna, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktlarına bələd olmaq;

  • Maliyyə təhlilinin metodikalarına bələd olmaq (yerli qanunvericiliyinə və BMHS tələblərinə uyğun olaraq);

  • Azərbaycan və rus dillərində səlis danışmaq, bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;

  • MS Office proqramını yüksək səviyyədə bilmək.

 Vəzifələri:

  • Kreditləşmənin təşkili və kiçik biznes seqmentinin hüquqi şəxslər-borcalanların bilavasitə kreditləşdirilməsi;

  • müştərilərlə danışıqların aparılması ilkin sənədlərlə işləmə;

  • təhlilin aparılması (mühasibat və idarəetmə uçotu);

  • şöbənin kredit rəylərinə nəzarət və düzəlişlər edilməsi;

  • müştərilərin kreditləşdirilməsi haqqına məsələlərin baxılması üçün Bankın səlahiyyətli orqanına çıxarılması;

  • borcalanların maliyyə vəziyyətinin monitorinqi, potensial problemli borclarla iş;

  • kredit dosyelərinin formalaşdırılması və onların formalaşdırılmasına nəzarətin həyata keçirilməsi;

  • kredit portfelinin aparılması;

  • kreditin geri qaytarılmasının təmin edilməsi;

  • funksional tabeliyində olan əməkdaşları üçün kredit sifarişinin maliyyə-iqtisadi səmərəliyinin meyarlarına cavab vermə və digər məsələlərə dair konsultasiyasının aparılması;

  • əsas göstəricilər üzrə planların yerinə yetirilməsi.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

 

Analitika və hesabatlıq şöbəsinin müdiri

Tələblər: 

  • İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;

  • Analoji vəzifələrdə ən azı 3 illik iş təcrübəsi;

  • “Banklar haqqında” qanuna, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktlarına bələd olmaq;

  • Rus və Azərbaycan dillərini səlis bilmək, bu dillərdə işgüzar yazışma aparma bacarığı;

  • MS Office proqramlarına peşəkar səviyyədə bələd olma;

  • Diqqətlə, sürətlə və səhvsiz qaydada böyük həcmdə rəqəmsal məlumatlarla işləmək bacarığı;

  • Analitik düşünmə qabiliyyəti.

 Öhdəliklər: 

  • Şöbənin işinə rəhbərlik etmək;

  • Hesabatlığın tərtibi, nəticələrin  izahı, biznes-proseslərin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi;

  • Məlumatların təhlili əsasında təqdim olunan qərarların vizualizasiyası;

  • Maliyyə hesabatlığının təhlili (yerli qanunvericiliyə və BMHS-nin tələblərinə uyğun olaraq);

  • Dəyişikliklərin idarə olunması;

  • Maliyyə modelləşdirilməsi və idarəetmə modellərinin qurulması

  • Məhsulların rentabelliyinin hesablanması.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir). 

SME-kreditləşdirmə üzrə aparıcı mütəxəssis 

Tələblər: 

  • iqtisadiyyat və maliyyə sahəsində ali təhsil;

  • analoji vəzifədə azı 3 illik iş təcrübəsi;

  • analitik qabiliyyət və məlumat bazası ilə işləmək  bacarığı;

  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;

  • rus və Azərbaycan dillərində səlis danışmaq, bu dillərdə işgüzar yazışma  aparmaq bacarığı;

  • MS Office proqramımı peşəkar səviyyədə işləmək bacarığı;

  • məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.

    Vəzifələri: 

  • müxtəlif bank məhsulatının satışı üçün SME seqmentinin müştərilərinin cəlb edilməsi;

  • kredit sifarişlərinin maliyyə məlumatlarının təhlili;

  • bankın mövcud müştərilərinin monitorinqi;

  • kredit portfelinin monitorinqi, gecikdirilmiş borcla iş.

Şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərməniz xahiş olunur (CV forması, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Mütəxəssis /aparıcı mütəxəssis

Korporativ müştərilərlə iş üzrə şöbə

Vəzifələri:

bankın müştəri bazasının formalaşdırılması və inkişafı, müştərilərin təsnifləndirilməsi;

iri və orta biznesin korporativ müştərilərinə xidmətin təşkili;

bankın məhsul və xidmətlərinin təşkili və çarpaz satışlarının həyata keçirilməsi;

rəqiblər tərəfindən tətbiq olunan korporativ müştərilərə xidmətin forma, metod və texnologiyaların təhlili;

korporativ müştərilərə xidmətin mövcud reqlamentlərinə riayət olunmasına nəzarət;

korporativ müştərilərə daha keyfiyyətli, peşəkar və səmərəli xidmət göstərilməsinin  təmin edilməsi;

şöbənin işinin planlaşdırılması və inkişafının təmin edilməsi.

Tələblər: 

iqtisadiyyat /maliyyə sahəsində ali təhsil;

azı iki illik iş təcrübəsi;

Azərbaycan Respublikasının bank sahəsində qanunvericiliyinə bələd olma;

AR Mərkəzi Bankının kreditləşmə qaydaları;

beynəlxalq Maliyyə Hesabatı Standartlara bələd olma;

yaxşı ünsiyyətqurma bacarıqları, analitik düşünmək qabiliyyəti;

mütəşəkkillik, məsuliyyətlilik;

hədəfə istiqamətlənmə, stressə davamlılıq, yüksək səviyyədə işləmək qabiliyyəti.

dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl bilmək, ingilis dili (üstünlük veriləcək);

MS Office ofis proqramlarını bilmək (Word, Excel, Power Point).

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

 

 

Maliyyə analitiki / Korporativ biznes

Tələblər: 

  • Bankda, investisiya şirkətində, reytinq agentliyində və ya digər maliyyə strukturlarında analitik qismində iş təcrübəsi;

  • Korporativ borcluların maliyyə-təsərrüfat fəaliyyətinin ətraflı təhlilini aparmaq, maliyyə hesabatlığının təhlili (mühasibat uçotunun  əsas hesabatlarının təyini – balans; maliyyə nəticələri haqqında hesabat; pul vəsaitlərinin hərəkəti haqqında hesabat);

  • CASH FLOW, P&L, borc portfelinin, biznes planının, kreditin girovunun təhlilini bacarmaq;

  • Əqdləri müstəqil strukturlaşdırmaq, edilmiş təhlillər əsasında tövsiyə və proqnozlar tərtib etmək bacarığı, təhlilinin nəticələrinin yazılı formada savadlı ifadəsi;

  • Təcrübəli PK istifadəçisi (MS Office paketi, Power Point-də təqdimatlar hazırlamaq bacarığı, MS Excel-in etibarlı istifadəçisi);

  • Analitik qabiliyyət, təfəkkürün sistemliliyi, əla kommunikasiya qabiliyyəti.

Öhdəliklər:

  • Kreditləşmə üzrə səmərəli təkliflərin hazırlanması, korporativ müştərilərin kredit qabiliyyətinin və korporativ borcalanların kreditləşdirilməsi zamanı meydana çıxan risklərin qiymətləndirilməsi;

  • Qərar qəbulu üçün məsələlər korporativ kredit komitəsinə çıxarılarkən kredit əqdlərinin strukturlaşdırılması, müvafiq rəylərin hazırlanması;

  • Korporativ müştərilər üzrə kredit dosyelərinin formalaşdırılması və aparılması.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).



PL/SQL üzrə aparıcı proqramçı

 
Tələblər:

  • ali texniki təhsil;

  • proqram təminatının hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsi;

  • SQL, PL/SQL ilə işləmək təcrübəsi;

  • BD Oracle-ın inzibatçılığımda iş təcrübəsi arzu olunandır; XML ilə iş təcrübəsi; MS Office əlavələrinin proqramlaşdırılması; bank sahəsi ilə tanışlıq; SWIFT, AZIPS, XOHKS ödəniş sistemləri ilə iş təcrübəsi;

  • sistemli düşüncə, analitik qabiliyyətlər;

 Vəzifələri:

  •  ABS-in (Avtomatlaşdıırlmış Bank Sistemi) cari funksionalında texniki tapşırıqların əsasında tamamlanma işlərinin aparılması;

  • biznes-tələblərin təhlili, texniki tapşırıqlarının tərtibində iştirak;

  • АBS-də (Oracle) hesabatların tərtibi, tətbiqi və müşayiəti;

  • öz tamamlamalarının sınaqdan keçirilməsi.

 Şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərməniz xahiş olunur (CV forması, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

   


Bank VTB-də (Azərbaycan) təcrübə proqramı

Bank VTB karyera seçimi etmiş və bank sahəsində inkişaf etmək arzusunda olan iqtisadiyyat  fakültələrinin istedadlı məzunlarını axtarır.

 Potensial təcrübəçilərə qoyulan tələblər:

  •  iqtisadiyyat sahəsində ali təhsil;

  • ünsiyyət və münasibət qura bilmə bacarığı;

  • Azərbaycan və rus dillərində sərbəst və səlis danışmaq (ingilis dili arzuolunandır);

  • aydın səs, savadlı nitq və gözəl intonasiya;

  • stressə davamlı olmaq və müxtəlif insanlarla ümumi dil tapmaq bacarığı.

Təcrübəçilərə məvacibin ödənilməsi nəzərdə tutulub.

 Tələblərə uyğun namizədlərdən şəxsi anket formalarını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. (CV formaları mövzu hissəsində “Təcrübə” sözü qeyd edilməklə göndərilməlidir).