Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Klemenko Vadim Aleksandroviç

İdarə Heyətinin üzvü, Risklər və monitorinq departamentinin direktoru

Klemenko Vadim Aleksandroviç 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini  “Beynəlxalq İqtisadi Əlaqələr” ixtisası üzrə fərqlənmə ilə bitirib. Həmin il V.A.Klemenko Azərbaycan Dövlət Neft Akademiyası-nın Georgia State University ilə tərəfdaşlığı çərçivəsində “Biznesin idarəedilməsi” ixtisası üzrə Azərbaycan Dövlət Neft Universitetində təhsil almağa başlayıb və 2006-cı ildə fərqlənmə ilə magistr dərəcəsini alıb.

Ölkənin maliyyə sahəsindəki peşəkar karyerasına V.A.Klimenko 2005-ci ildə “Bank Standard” KB-da başlayıb və burada 10 ildən artıq Maliyyə və Risklərin idarə edilməsi departamentlərində rəhbər vəzifələrdə çalışıb. “Bank Standard” KB-da işlədiyi dövrdə V.A.Klemenko maliyyə təhlili və proqnozlaşdırılması sahələrinə, beynəlxalq reytinq agentlikləri və maliyyə institutları ilə iş, skorinq modellərinin işlənməsi, eləcə də vaxtıkeçmiş kreditlərin yığılması sisteminin optimallaşdırılmasına görə cavabdeh olub.

2015-ci ilin iyun ayında V.A.Klemenko Çikaqo Universitetinin biznes məktəbində (The University of Chicago Booth School of Business) təhsil almağa başlayıb və 2017-ci ildə bu biznes məktəbinin fərqlənmə ilə MBA dərəcəsini alan Azərbaycanın ilk nümayəndəsi olub.

2016-cı ilin oktyabrında V.A.Klemenko “Bank VTB (Azərbaycan)” ASC-nın risklərə və problemli aktivlərə nəzarəti əhatə etməklə Risklər və Monitorinq Departamentinin direktoru kimi VTB Qrupun komandasına qoşulub. 2017-ci il fevralın 2-də Vadim Klemenko “Bank VTB (Azərbaycan)” ASC-nın İdarə Heyətinin üzvü, Risklər üzrə Baş inzibatçı vəzifəsinə təyin olunub.

Ailəlidir, iki qız övladı var.

Əlaqə:
(+99412) 492 00 80
[email protected]

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi