Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

Bank VTB (Azərbaycan) müştərilərinə yuanla xidmətlər təklif edir

Bank VTB (Azərbaycan) müştərilərinə çin valyutası - yuanla hesablaşma-kassa xidmətləri təklif edir. Bankın müştəriləri həm çin yuanı ilə hesabın açılması və hesaba xidmət göstərilməsi, həm də pul köçürmələri xidmətindən istifadə edə bilər. Hesabın açılması və hesaba xidmət üzrə müştərilərdən komissiya tutulmur, pul vəsaitlərinin köçürülməsi isə sərfəli tariflər ilə təklif olunur.

Pul vəsaitlərinin köçürülməsi üçün müştərilərdən bank pulu yuanda yox, manat, rubl və sərbəst konvertasiya edilən valyutada qəbul edir və onların çin valyutasına mübadiləsini həyata keçirir. Müştərilər həm filialda, həm də internet bank vasitəsilə köçürmələr edə bilərlər.

Digər bankdakı, eləcə də VTB qrup daxilindəki hesaba köçürməyə görə komissiya köçürülən məbləğin 0,5%-ni (minimum 200 – maksimum 2000 yuan) təşkil edir. Qeyd edək ki, VTB (Azərbaycan) Çində də banka sahib olan Rusiyanın aparıcı maliyyə qrupuna daxildir. Bu isə pul köçürmələrini qısa müddət ərzində və birbaşa - vasitəçilər olmadan həyata keçirməyə imkan verir.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi