Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

VTB Azərbaycan gənc rəssamlar üçün müsabiqə elan edib

Gənclərin inkişafına daim dəstək verən VTB Azərbaycan, ölkənin yaradıcı gənclərinin istedadlı nümayəndələrini üzə çıxarmaq və dəstəkləmək məqsədilə gənc rəssamlar üçün müsabiqə elan edir.

Müsabiqənin mövzusu “Azərbaycan və Rusiya arasında dostluq”dur. Müsabiqədə iştirak etmək üçün işlər ən azı 300*420 mm (A3) formatında, çərçivəsiz formada oktyabrın 28-dək bankın Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən baş ofisində (Təhsil Nazirliyi ilə üzbəüz) qəbul olunur. Stil və texnika ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Müsabiqədə iştirak etmək üçün təqdim olunan bütün rəsmlər müsabiqədən sonra VTB Azərbaycan-ın ofisini bəzəyəcək. Ən yaxşı üç işin müəllifləri pul mükafatı alacaqlar. Müsabiqənin qalibi 1000 manat, ikinci və üçüncü yerləri tutanlar isə müvafiq olaraq 500 və 300 manat mükafat alacaqlar.

Qaliblər oktyabrın 31-də seçiləcək.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi