Menyu

Close
ATM və Filiallar
Fərdi
Biznes

VTB (Azərbaycan) Instagram istifadəçiləri üçün müsabiqə elan etdi

VTB Bank (Azərbaycan) Instagram sosial şəbəkəsinin istifadəçiləri üçün “DIRECT ilə Qazan” müsabiqəsini elan etdi.

Müsabiqədə iştirak etmək üçün istifadəçilər:

·         Yaxın dostlarını müsabiqə postunun altında tag edib, bankın Instagram səhifəsini bəyənməli

·         Fəvvarələr Meydanında yerləşən DIRECT kartının 3D reklamı qarşısında öz şəklini çəkməli

·         Fotonu öz profillərində #directileqazan həştəqi ilə paylaşmalı və dostlarını tag etməlidir. Onu da qeyd etmək lazımdır ki, həştəqlərin qeydə alınması üçün istifadəçinin profili açıq olmalıdır.

Yarışın hər bir iştirakçısı VTB (Azərbaycan) -dan DIRECT kartı qazanacaq. Ən çox “like” toplayan iştirakçı bankdan 100 AZN qazanacaq. Mükafat iki həftədən bir oynanılacaq.

Yarış 31 avqustadək davam edəcək.

Zəng sifarişi forması

Ad

Əlaqə nömrəsi