Bank VTB (Azərbaycan) GID CSR Consulting MMC-nin təşkilati dəstəyi ilə "Nur" uşaq evinin balaca sakinləri üçün Yeni il xeyriyyə aksiyası keçirir. Yeni il üçün bu uşaqların arzularını hər kəs həyata keçirə bilər.
Bunun üçün VTB (Azərbaycan)-ın baş ofisində və filiallarında bayram ağacına uşaqların arzularını əks etdirən məktublar asılıb. Filiallarımıza gedib məktubları oxumaqla onların böyük ürəklərindəki uşaqlıq arzularını gerçəkləşdirə bilərsiniz!
Balacalara böyük sevinc bəxş edin!
Leave your FIN code and mobile number and we will call back to you