Pul köçürmələri

Bank VTB (Azərbaycan)-ın fəaliyyətinin istiqamətlərindən biri - pul köçürmələri və ödənişlərdir.

Biz Azərbaycan Respublikası və onun hüdudlarından kənara pul köçürə və ala bilirik. 

Siz öz bank hesabınızdakı pul vəsaitlərini ilə aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:

  • bankda açılımış digər hesablarınıza və əmanətlərinizə köçürə bilərsiniz; 
  • Azərbaycan ərazisində və onun hüdudlarından kənarda açılmış hesablara (əmanətlərə) köçürə bilərsiniz;
  • rezindentlərə və qeyri-rezidentlərə (hüquqi şəxslər, fərdi sahibkarlara və ya fiziki şəxslərə) köçürə bilərsiniz.

Bank VTB (Azərbaycan) müştərilərə Western Union sistemi vasitəsilə yaxın və uzaq ölkələrə pul köçürmələri təklif edir.

Fiziki şəxslər arasında köçürmələr bank hesabları açılmadan həyata keçirilir*.

Bir neçə dəqiqədən sonra göndərilmiş köçürmə ünvanına çatır. Bu vaxta qənaət etməyə və Sizdən uzaqda olan yaxınlarınıza vaxtlı-vaxtında kömək etməyə imkan verir. 

*Azərbaycan Respublikasının valyuta tənzimlənməsi haqqında qaydalara uyğun olaraq, Azərbaycandan kənara hesab açmadan pul köçürmələri  bir əməliyyat günü ərzində 1000 dollara qədər məbləğdə həyata keçirilir.