Tariflər

BANK VTB (AZƏRBAYCAN) ASC-nin TARİFLƏRİ VƏ KOMİSYON HAQLARININ TUTULMASI QAYDALARI

Bank VTB (Azərbaycan) ASC
ŞƏRTLƏR
  1. Bu tariflərdə öz əksini tapmayan, lakin Bank VTB (Azərbaycan) (bundan sonra “Bank”) tərəfindən göstərilən xidmətlərə görə komisyon haqlarının tutulması tərəflər arasında razılaşma əsasında həyata keçirilir.
  2. Göstərilən xidmət standart iş həcmindən artıq olduqda, və (və ya) qabaqcadan nəzərdə tutulmayan xərclər yaranarsa, Bank müştəridən tariflərə əlavə olaraq komisyon haqqı tutur.
  3. Bank müştəriləri əvvəlcədən xəbərdar etməklə tarifləri birtərəfli qaydada dəyişmək hüququna malikdir. Tariflərin dəyişdiyi barədə müştərilərin xəbərdar edilməsi onların qüvvəyə minməsinə 10 təqvim günü qalmış yeni tariflərin (tariflərin dəyişmiş qaydalarının) Bankın ofisində və (və ya) rəsmi saytında yerləşdirilməsi yolu ilə həyata keçirilir.
  4. Qüvvədə olan tariflərin düzgün anlaşılmamağına, həmçinin düzgün şərh edilməməyinə və ya təhrif edilməsinə görə Bank məsuliyyət daşımır.
  5. Komisyon haqqının tutulması ilə bağlı pretenziyalar əməliyyatın aparılma tarixindən başlayaraq 15 gündən gec olmamaq şərti ilə yazılı şəkildə Banka təqdim edilməlidir, əks halda pretenziyalar etibarsız sayılır.
  6. Vəsait Bank tərəfindən müştərinin hesabına səhvən daxil edildikdə Bank qeyd-şərtsiz olaraq həmin vəsaiti müştərinin hesabından silmək hüququna malikdir.
  7. Bu tariflərdə göstərilmiş komisyon haqları əməliyyatın məbləği ilə eyni zamanda akseptsiz qaydada hesabdan silinir.
  8. Komisyon haqlarının silinməsi müştərinin cari hesabından həyata keçirilir. Komisyon haqqının silinməsi üçün əməliyyatın valyutası hesab valyutasından fərqli olduqda, Azərbaycan Respublikasının Mərkəzi Bankının əməliyyat aparılan tarixə olan valyuta məzənnəsinə əsasən komisyon haqqı tutulur.
  9. Hər bir əməliyyat üzrə tutulan komisyon haqları komisyon məbləğinin yüzdə bir hissəsinə qədər aşağıdakı qaydada yuvarlaqlaşdırılır:
    - əgər komisyon məbləğinin mində bir hissəsi 5-dən böyük və ya 5-ə bərabərdirsə, artan istiqamətdə;
    - əgər komisyon məbləğinin mində bir hissəsi 5-dən kiçikdirsə, azalan istiqamətdə.
  10. Əməliyyat müştərinin xahişi və ya tapşırığı nəticəsində, həmçinin Bankdan asılı olmayan səbəblər üzündən dayandırılarsa, tutulmuş komisyon haqları müştəriyə qaytarılmır.
  11. Köçürmələr üzrə araşdırmalar nəticəsində vəsaitin alan şəxsin hesabına çatmamağı və ya gec çatmasında müştərinin səhvi olmamağı məlum olduqda, Bankın İdarə Heyətinin müvafiq üzvünün qərarı ilə araşdırmaya görə tutulmuş komisyon haqqı müştəriyə qaytarılır.
  12. Bu tariflər Bankın İdarə Heyətinin tərəfindən təsdiq olunub və 2010-cu il iyulun 1-dən qüvvəyə minir.

Fiziki şəxslərlə əməliyyatların tarifləri 1

Bank VTB (AZƏRBAYCAN) HESABLAŞMA-KASSA XİDMƏTİ ƏMƏLİYYATLARI

Əməliyyatın valyutası 3
AZN USD EUR RUR
Hesabın açılması və aparılması
Hesabın açılması Pulsuz
Hesab üzrə minimal qalıq Nəzərdə tutulmayıb
Hesabın aparılması Pulsuz
Hesabın bağlanması Pulsuz
Köçürmələr və nağdsız daxilolmalar 4,5
Hesaba daxilolma Pulsuz
Bankdaxili köçürmə 6 Pulsuz
Digər bankdakı hesaba köçürmə
– respublika daxilində
0.1 %
min. 1 AZN;
maks. 50 AZN
0.2 %
min. 20 AZN;
maks. 100 AZN
0.25 %
min. 25 AZN;
maks. 100 AZN

0,1%

min.5 AZN

maks. 50 AZN 

VTB Qrupu bankının hesabına köçürmə
– respublikadan kənara

0.2 %
min. 20 AZN;
maks. 250 AZN
0.2 %
min. 20 AZN;
maks. 250 AZN

0,1%

min. 5 AZN

maks. 50 AZN

Digər bankdakı hesaba köçürmə
– respublikadan kənara

0.25 %
min. 25 AZN;
maks. 250 AZN
0.25 %
min. 25 AZN;
maks. 250 AZN

0,15%

min.10 AZN

maks. 75 AZN

Təcili köçürmə7

10 AZN

Kommunal xidmətlərin ödənişi8

Pulsuz

Mobil rabitə xidmətlərinin ödənişi8

Pulsuz

Köçürmənin rekvizitlərinin dəyişməsi
(valyuta və məbləğ istisna olmaqla)
2 AZN 30 AZN 10 AZN
Köçürmə üzrə araşdırma, köçürmənin ləğvi 5 AZN 50 AZN 10 AZN
Beynəlxalq təcili ödəniş
sistemləri üzrə köçürmələr

Təcili ödəniş sisteminin tarifləri əsasında

Nağd pul vəsaitləri ilə əməliyyatlar 9,10
Hesaba mədaxil Pulsuz                                                                                       1%  11                                                                                                       
Bankın kassasına ötən 12 ay ərzində
mədaxil edilmiş nağd pul
vəsaitlərinin verilməsi
Pulsuz
Nağd pul vəsaitlərinin verilməsi 0.5 % 0.7 % 1 % 1 %
Konvertasiya12,13
Nağdsız konvertasiya 0.3 % min. 3 AZN maks. 250 AZN
Nağd pul vəsaitlərinin konvertasiyası (nağd valyuta mübadiləsi) Pulsuz
Bank VTB (AZƏRBAYCAN) DİGƏR ƏMƏLİYYATLAR
Depozit əməliyyatları
Depozit hesabının açılması Pulsuz
Depozit əməliyyatları Depozit məhsulunun İdarə Heyətinin tərəfindən təsdiq edilmiş şərtlərinə uyğun olaraq
Kredit əməliyyatları
Ssuda hesabının açılması Pulsuz
Kreditə görə tutulan komisyon haqqı Razılaşma üzrə
Kredit müqaviləsinin prolonqasiyası 0.4% min. 10 AZN; maks. 500 AZN
Bank Qarantiyaları 17-25
Məxaric
Qarantiyanın verilməsi 0.15% min. 50 AZN; maks. 500 AZN
Qarantiyanın ləğvi 100 AZN
Qarantiyanın şərtlərinin dəyişməsi (məbləğin dəyişməsindən başqa) 50 AZN (hər dəyişiklik üçün)
Qarantiyanın məbləğinin artırılması 0.15% min. 50 AZN; maks. 500 AZN
Tələbin yerinə yetirilməsi 0.3% min. 25 AZN; maks. 300 AZN
Mədaxil
Qarantiyanın və qarantiya üzrə digər məlumatların avizo edilməsi 50 AZN
İmzaların əslinin yoxlanılması və tələblərin təqdim olunması 70 AZN
Sair əməliyyatlar
Hesab üzrə sənədlərin verilməsi14 Pulsuz
Hesab üzrə arayışın verilməsi Pulsuz
Arxiv sənədlərinin verilməsi155 AZN
Müştərinin istəyi ilə ödəniş tapşırığının tərtibi Pulsuz
Hər ay hesab üzrə elektron çıxarışların göndərilməsi Pulsuz

QEYDLƏR

1 Fiziki şəxslər – vergi orqanlarında uçot vahidi olmayan müştərilər;

2 Hüquqişəxslər – vergi orqanında uçot vahidi olan hüquqi şəxslər (maliyyə təşkilatları istisna olmaqla) və fiziki şəxslər (fərdi sahibkarlar);

3 Əməliyyatın valyutası cədvəldə qeyd olunan valyutalardan fərqli olduqda, həmin əməliyyatlar ABŞ dollarında olan tariflər üzrə aparılır;

4 “Köçürmə” dedikdə həm müştərinin sərəncamı ilə, həm də qanunvericilikdə nəzərdə tutulmuş şəxslərin sərəncamı ilə həyata keçirilən ödəniş tapşırığı nəzərdə tutulur;

5 Xarici valyutada mədaxil olunan müəyyən olunmamış məbləğlər geri qaytarıldıqda həmin məbləğə xarici valyuta ekvivalentində 10 AZN məbləğində komisyon haqq tətbiq edilir. Milli valyutada mədaxil olunan müəyyən edilməmiş məbləğlər geri qaytarıldıqda onlar üzrə komisyon haqqı tutulmur;

6 “Bankdaxili köçürmələr” dedikdə vəsaitləri göndərənin və alanın Bankın müştəriləri olanların vəsaitlərinin nağdsız köçürülməsi nəzərdə tutulur;

7 Təcili köçürmə müştərinin ödəniş tapşırığının alındığı andan başlayaraq 30 dəqiqə ərzində həyata keçirilir. Bu zaman müştəri ödəniş tapşırığının yuxarı sağ küncündə imzasını və “təcili” qeydi qoyur. Təcili köçürməyə görə komisyon haqqı köçürmə tarifinə əlavə kimi tutulur;

8 Kommunalxidmətlərin və mobil rabitə xidmətlərininödənişi bankla müvafiq şirkət arasında müqavilə olduqda qəbul edilir;

9 Əmanətlər üzrə hesablanmış faizlərin nağd şəkildə carı hesablardan çıxarılmasına görə komisyon haqqı tutulmur;

10 Hesaba nağd şəkildə mədaxil edilmiş əmanətdən nağd vəsaitin çıxarılmasına görə komisyon haqqı tətbiq edilmir;

11 Bank VTB (Azərbaycan) ASC-də nağd rublların alışı (konvertasiya) halları istisna olmaqla;

12 Konvertasiya əməliyyatları Bankın müəyyən etdiyi müvafiq məzənnələr əsasında aparılır;

13 Konvertasiya əməliyyatlarında əməliyyat valyutası dedikdə müştəri tərəfindən alınan vəsaitin valyutası nəzərdə tutulur;

14 Hesab üzrə sənəd dedikdə çıxarış, ödəniş sənədi, avizo, gömrük bəyannaməsi və sair sənədlər nəzərdə tutulur;

15 Arxiv sənədi dedikdə 6 ay (180 gün) və daha uzun müddət əvvəl tərtib edilmiş sənədlər nəzərdə tutulur;

16 Əməliyyat günü ərzindəhesab üzrə 2-dən artıq sənəd tələb edildikdə, üçüncü sənəddən başlayaraq hər sonrakı sənədə görə 1 AZN komisyon haqqı tutulur;

17 Hesablaşmalar üzrəakkreditivlər formasında olan əməliyyatlar(Stand-by LC daxil olmaqla) sənədli akkreditivlər üçün unifikasiya olunmuş qaydalar və ənənələrə uyğun şəkildə (Beynəlxalq Ticarət Palatasının 2007-ci il redaksiyalı 600 saylı nəşri (UCP 600) və ya istənilən sonrakı redaksiyada) həyata keçirilir;

18 Hesablaşmalar üzrəzəmanətlər formasında olan əməliyyatlarzəmanətlər üçün unifikasiya olunmuş qaydalar və ənənələrə (Beynəlxalq Ticarət Palatasının 1992-ci il redaksiyalı 458 saylı nəşri (URDG 458) və ya istənilən sonrakı redaksiyada) uyğun şəkildə həyata keçirilir;

19 Hesablaşmalar üzrəsənədliinkassoformasında olan əməliyyatlarinkasso üçün unifikasiya olunmuş qaydalar və ənənələrə (Beynəlxalq Ticarət Palatasının 1995-ci il redaksiyalı 522 saylı nəşri (URG 522) və ya istənilən sonrakı redaksiyada) uyğun şəkildə həyata keçirilir;

20 Əgər əməliyyatınaparılması üçün müştərinin kifayət qədər pul vəsaiti yoxdursa və müştəri üçün kredit/kredit xətti açılırsa, bu halda kredit/kredit xətti üzrə müəyyən edilmiş faizlər və sair komisyon haqları sənədli əməliyyatlar üzrə müəyyən olunmuş tariflərə əlavə olaraq ödənilir;

21 Sənədli əməliyyat üzrə sazişdə iştirak edən digər bankların komisyon haqları, sazişin şərtlərinə görə bu xərcləri digər tərəfin ödədiyi hallar istisna olmaqla, bu tariflərə əlavə olaraq müştəridən tutulur;

22 Sənədli əməliyyata dəyişikliklər edilərkən bir neçə dəyişiklik müştərinin bir ərizəsi ilə ödənilirsə,bu tariflərə uyğun olaraq bir dəyişikliyə görə komisyon haqqı tutulur;

23 Zəmanətlər üçün nəzərdə tutulmuş tariflər ehtiyat akkreditivləri (Stand-by LC) üçün də tətbiq edilir;

24 Əməliyyatlar üzrə poçt xərcləri Bankın real poçt xidmətləri məbləğində silinir;

25 Əgər əməliyyatın şərtinə əsasən (idxal akkreditivlərinin və xaric olan zəmanətlərin) hər hansı xərcləri faydalanan şəxs ödəyirsə, lakin ondan bu xərcləri çıxmaq mümkün deyilsə, bu halda onlar müştərinin hesabından silinir.