Sayt üzrə axtarış
Hesablaşma-kassa xidməti
Bank öz müştərilərinə yüksək keyfiyyət standartlarına cavab verən hesabların açılması və aparılması üzrə geniş çeşidli əməliyyatları olan hesablaşma-kassa xidməti təklif edir. Bank yüksək səviyyəli etibarlılığa təminat verir.
Bank hesabı pullardan istifadənin rahat yoludur.
Biz Sizin üçün aşağıdakı valyutalarda hesablar aça bilərik:
· Manat
· ABŞ dolları
· Avro
· Rus rublu
· Funt Sterlinq
Həmçinin Siz notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında öz nümayəndənizə hesabınızdakı pullardan istifadə etmək hüququ verə bilərsiniz.
Müştəri bank hesabında olan pul vəsaitlərini:
· bankda açılmış digər hesablarına və əmanət hesablarına köçürə bilər;
· Azərbaycanın ərazisində, habelə onun hüdudlarından kənarda açılmış hesablara (əmanət hesablarına) köçürmə həyata keçirə bilər;
· rezidentlərə və rezident olmayan şəxslərə (hüquqi şəxslərə, fərdi sahibkarlara və ya fiziki şəxslərə) köçürə bilər.
Pul köçürmələri.
Bank VTB (Azərbaycan) müştərilərə Western Union və Migom sistemləri vasitəsilə yaxın və uzaqda yerləşən xarici ölkələrə pul köçürmələri təklif edir. Fiziki şəxslər arasında köçürmələr bank hesabları açılmadan həyata keçirilir. Bir neçə dəqiqədən sonra göndərilmiş köçürmə ünvanına çatır. Bu vaxta qənaət etməyə və Sizdən uzaqda olan yaxınlarınıza vaxtlı-vaxtında pulla kömək etməyə imkan verir.
Fiziki şəxslərlə əməliyyatların tarifləri 1
| Bank VTB (AZƏRBAYCAN) | HESABLAŞMA-KASSA XİDMƏTİ ƏMƏLİYYATLARI | |||
|---|---|---|---|---|
| Əməliyyatın valyutası 3 | ||||
| AZN | USD | EUR | RUR | |
| Hesabın açılması və aparılması | ||||
|
Hesabın açılması |
Pulsuz | |||
|
Hesab üzrə minimal qalıq |
Nəzərdə tutulmayıb | |||
|
Hesabın aparılması |
Pulsuz | |||
|
Hesabın bağlanması |
Pulsuz | |||
| Köçürmələr və nağdsız daxilolmalar 4,5 | ||||
|
Hesaba daxilolma |
Pulsuz | |||
|
Bankdaxili köçürmə 6 |
Pulsuz | |||
|
Digər bankdakı hesaba köçürmə
|
0.1 % min. 1 AZN; maks. 50 AZN |
0.2 % min. 20 AZN; maks. 100 AZN |
0.25 % min. 25 AZN; maks. 100 AZN |
5 AZN |
|
VTB Qrupu bankının hesabına köçürmə
|
0.2 % min. 20 AZN; maks. 250 AZN |
0.2 % min. 20 AZN; maks. 250 AZN |
5 AZN | |
|
Digər bankdakı hesaba köçürmə
|
0.25 % min. 25 AZN; maks. 250 AZN |
0.25 % min. 25 AZN; maks. 250 AZN |
10 AZN | |
|
Təcili köçürmə7 |
AZN 10 | |||
|
Kommunal xidmətlərin ödənişi8 |
Pulsuz | |||
|
Mobil rabitə xidmətlərinin ödənişi8 |
Pulsuz | |||
|
Köçürmənin rekvizitlərinin dəyişməsi
|
2 AZN |
30 AZN |
10 AZN | |
|
Köçürmə üzrə araşdırma, köçürmənin ləğvi |
5 AZN |
50 AZN |
10 AZN | |
|
Beynəlxalq təcili ödəniş sistemləri üzrə köçürmələr |
Təcili ödəniş sisteminin tarifləri əsasında | |||
| Nağd pul vəsaitləri ilə əməliyyatlar 9,10 | ||||
|
Hesaba mədaxil |
Pulsuz | |||
|
Bankın kassasına ötən 12 ay
|
Pulsuz | |||
|
Nağd pul vəsaitlərinin verilməsi |
0.5 % |
0.7 % |
1 % |
1 % |
| Konvertasiya11,12 | ||||
|
Nağdsız konvertasiya |
0.3 % min. 3 AZN; maks. 250 AZN | |||
|
Nağd pul vəsaitlərinin konvertasiyası
|
Pulsuz | |||
QEYDLƏR
1 Fiziki şəxslər – vergi orqanlarında uçot vahidi olmayan müştərilər;
2 Hüquqişəxslər – vergi orqanında uçot vahidi olan hüquqi şəxslər (maliyyə təşkilatları istisna olmaqla) və fiziki şəxslər (fərdi sahibkarlar);
3 Əməliyyatın valyutası cədvəldə qeyd olunan valyutalardan fərqli olduqda, həmin əməliyyatlar ABŞ dollarında olan tariflər üzrə aparılır;
4 “Köçürmə” dedikdə həm müştərinin sərəncamı ilə, həm də qanunvericilikdə nəzərdə tutulmuş şəxslərin sərəncamı ilə həyata keçirilən ödəniş tapşırığı nəzərdə tutulur;
5 Xarici valyutada mədaxil olunan müəyyən olunmamış məbləğlər geri qaytarıldıqda həmin məbləğə xarici valyuta ekvivalentində 10 AZN məbləğində komisyon haqq tətbiq edilir. Milli valyutada mədaxil olunan müəyyən edilməmiş məbləğlər geri qaytarıldıqda onlar üzrə komisyon haqqı tutulmur;
6 “Bankdaxili köçürmələr” dedikdə vəsaitləri göndərənin və alanın Bankın müştəriləri olanların vəsaitlərinin nağdsız köçürülməsi nəzərdə tutulur;
7 Təcili köçürmə müştərinin ödəniş tapşırığının alındığı andan başlayaraq 30 dəqiqə ərzində həyata keçirilir. Bu zaman müştəri ödəniş tapşırığının yuxarı sağ küncündə imzasını və “təcili” qeydi qoyur. Təcili köçürməyə görə komisyon haqqı köçürmə tarifinə əlavə kimi tutulur;
8 Kommunalxidmətlərin və mobil rabitə xidmətlərininödənişi bankla müvafiq şirkət arasında müqavilə olduqda qəbul edilir;
9 Əmanətlər üzrə hesablanmış faizlərin nağd şəkildə carı hesablardan çıxarılmasına görə komisyon haqqı tutulmur;
10 Hesaba nağd şəkildə mədaxil edilmiş əmanətdən nağd vəsaitin çıxarılmasına görə komisyon haqqı tətbiq edilmir;
11 Konvertasiya əməliyyatları Bankın müəyyən etdiyi müvafiq məzənnələr əsasında aparılır;
12 Konvertasiya əməliyyatlarında əməliyyat valyutası dedikdə müştəri tərəfindən alınan vəsaitin valyutası nəzərdə tutulur.