Sayt üzrə axtarış
Konversiya əməliyyatları
Bank VTB (Azərbaycan) xarici valyutanın müxtəlif növləri ilə konversiya əməliyyatları aparır: xarici valyutanın manata və digər xarici valyutaya alışını və satışını həyata keçirir.
Biz hüquqi şəxslərin tapşırığı ilə aşağıdakı nağdsız konversiya əməliyyatlarını həyata keçiririk:
- Müştəri tapşırıqlarının qəbulu və konversiya üçün müştərilərin hesablarından vəsaitlərin silinməsi;
- İri məbləğlər üçün – müştərilərlə razılaşma üzrə güzəştli məzənnələrin müəyyən edilməsi;
- Konversiya əməliyyatı nəticəsində vəsaitlərin müştərilərin hesablarına köçürülməsi.
Üstünlüklər: əqdin ən qısa müddətdə həyata keçirilməsi (müştəri tapşırığının alınmasından sonra dərhal hesablamalar aparmaq).