Hesablaşma-kassa xidməti

Bank VTB (Azərbaycan) ASC tam kompleks hesablaşma-kassa xidməti göstərir və hüquqi şəxslərə təklif edir:

· Rezidentlər və qeyri-rezidentlər üçün yerli və xarici valyutada hesabların açılması və aparılması;

· müştərilərin hesablarından nağdsız pul vəsaitlərinin köçürülməsi;

· müştərilərin hesabları üzrə “overdraft” rejiminin təqdim olunması;

· hesabdan nağd pul vəsaitinin verilməsi;

· hesablar üzrə əməliyyatların keçirilməsi haqqında sorğu xarakterli məlumatın təqdim olunması;

· nağd pulların hesaba mədaxili və yatırılması;

· idxal-ixrac əməliyyatları üzrə valyuta nəzarəti agentinin funksiyalarının yerinə yetirilməsi.