Fərdi bank seyfləri
- Bank VTB (Azərbaycan) müştərilərə sənədlərin və qiymətli əşyaların saxlanmasının etibarlı yolunu – Bank VTB (Azərbaycan)-ın fərdi bank seyflərini təklif edir.
- Bankın anbarları bank seyflərinin tam toxunulmazlığını təmin edir. Bank icarəyə verilmiş seyf qutularının saxlanmasına zəmanət verir və onların işlək vəziyyətdə olmasına cavabdehlik daşıyır.
- Seyf qutusuna yalnız icarəçi və onun etibar etdiyi şəxsin daxil olma hüququ vardır. Seyf iki müxtəlif açarın köməyi ilə açılır. Açarlardan biri icarəçidə, digəri Bank VTB (Azərbaycan)-da saxlanılır.
- “İki açar prinsipi” fərdi seyf qutusunun işinin maksimal təhlükəsizliyinə zəmanət verir: Sizdən və ya Sizin vəkil etdiyiniz şəxsdən başqa heç kim seyfin içində olanlara toxuna bilməz.
- Siz saxlanılan əşyalarla bizim nəzarətimiz olmadan tam məxfi şəraitdə işləyə bilərsiniz.
- Seyf qutularının icarə müddəti 1 aydan 12 aya qədərdir. Müştərinin arzusu ilə icarə müddəti uzadıla bilər.