Sayt üzrə axtarış
Bank bu gün
Bank VTB (Azərbaycan) müştərilərə geniş xidmətlər göstərən universal kommersiya bankdır. Bank VTB (Azərbaycan)-ın xidmətləri siyahısına VTB Qrupunun müvafiq törəmə şirkətlər tərəfindən göstərilən qeyri-bank xidmətləri – trast və investisiya, lizinq və s. xidmətlər də daxildir.
2010-cu ildə Bank VTB (Azərbaycan) əsas etibarilə korporativ müştərilərlə çalışır – bu iri, orta və kiçik biznesdir. Bank həmçinin baş bankın dəstəyi ilə iri layihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırdır.
Hal-hazırda Bank VTB (Azərbaycan) aşağıda adıgedən məhsulları təklif edir: kreditlər (biznes kreditləri, avtokreditlər), depozitlər, təcili pul köçürmələri, bank seyfləri, hesablaşma-kassa xidməti, ticarət maliyyələşdirilməsi.
Bankın 15 mart 2010-cu ilə olan nizamnamə kapitalının həcmi 23.815 mln. manat ($29.639 mln.) təşkil edir.
Bank VTB (Azərbaycan)-ın menecmentinin səyləri Bankın planauyğun sabit inkişafında və kapitallaşdırılmasının artırılmasında cəmləşib. Bank VTB (Azərbaycan)-ın komandası qəbul edilən risklərə, kredit təşkilatının bütövlükdə etibarlılığına və davamlılığına nəzarətə böyük diqqət ayırır.
Bazarın artan tələbatına cavab verərək Bank VTB (Azərbaycan) ASC müştərilər üçün maksimal rahatlığı təmin etməyə can ataraq, xidmətlərin yüksək keyfiyyətini, etibarlılığı və vəsaitlərin yerləşdirilməsinin sərfəliliyinə zəmanət verərək müştərilərin kreditləşdirilməsi və onlara xidmət göstərilməsi prosedurlarını daima təkmilləşdirir.