VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir


15 January 2019

mida ipoteka.jpg Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksində mənzil əldə etmək istəyən şəxslərə bank   VTB (Azərbaycan) güzəştli ipoteka krediti təklif edir. Güzəştli şərtlərlə təqdim edilən kreditin faiz dərəcəsi 4%, ilkin ödəniş   isə - 10% təşkil edir. Kredit 30 il müddətinə verilir.

 Mənzillərin satışına 25 yanvar 2019-cu ildən start verilir. Güzəştli ipoteka krediti əhalinin müəyyən kateqoriyası, o   cümlədən Milli qəhrəman və şəhid ailələrinin üzvləri, dövlət və hərbi qulluqçular, gənc ailələr və digərləri üçün nəzərdə     tutulub. Kredit almaq üçün “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçmək tələb   olunur.

 İpotekanı çevik şəkildə rəsmiləşdirmək üçün VTB (Azərbaycan)-ın mütəxəssisləri müştərilərə ilkin məsləhət verir və   kreditin şərtləri barədə detalı məlumat təqdim edir.

 Arayış üçün:

Mənzil İnşaatı Dövlət Agentliyi  2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisinə və vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaqdır.

 

 

 



Geriyə