Bank VTB (Azərbaycan) Heydər Əliyevin xatirəsinə həsr olunmuş görüş keçirir


6 May 2010

Bank VTB (Azərbaycan)-da 7 may 2010-cu il tarixində Ümumilli lider Heydər Əliyevin ad günü ərəfəsində “Heydər Əliyev. Hakimiyyət pərdəsi arxasında” adlı sənədli filmin nümayişi və Bankın rəhbərliyinin və personalının Aleksandr Alekseyeviç İvanovla görüşü keçiriləcək.

Aleksandr Alekseyeviç İvanov 12 iyul 1950-cı ildə Bakıda anadan olmuşdur.

1972-ci ildə dövlət təhlükəsizliyi orqanlarında çalışmağa başlamışdır. 1979-cu ildən o dövrdə Azərbaycan SSR-nin Kommunist Partiyasının MK-nin birinci katibi olan H. Əliyevin mühafizə xidmətində fəaliyyətə başlamışdır.

1982-ci ildən A.A. İvanov Heydər Əliyevin mühafizə xidmətinə rəhbərlik etməyə başlamışdır və 1988-ci ilə qədər onunla çalışmışdır.

A.A.İvanov 2005-ci ildən bu günə qədər “İnterfaks-Azərbaycan” İnformasiya agentliyinin baş direktorudur.


Geriyə