Sayt üzrə axtarış
Bank VTB (Azərbaycan) avtokredit proqramının reallaşdırılmasına başlamışdır
Bank VTB (Azərbaycan) ASC müştərilər üçün sərfəli faiz dərəcələri ilə avtokredit proqramının həyata keçirilməsinə başlamışdır.
Fevralın 22-dən başlayaraq hər bir müştəri yeni avtomobil almaq üçün Bankdan kredit ala bilər. Kreditin müddəti 12 aydan 48 aya qədərdir. Avtokreditin faiz dərəcələri əmanətin başlanğıc məbləğindən asılı olaraq 18%-dən başlayır. Kreditlər Azərbaycan manatı ilə verilir. Kreditin maksimal mümkün məbləği 80 000 (səksən min) manat həcmində müəyyən edilib, minimal başlanğıc ödəniş isə avtomobilin dəyərinin 20%-ni təşkil edir. Kreditin təminatı qismində alınan avtomobil götürülür, kreditin ödənilməsi eyni həcmli məbləğdə aylıq olaraq həyata keçirilir.
“Bizim Bankın avtokreditlərinin unikallığı – müştərilərə sığorta məbləğinin kreditləşdirilməsi imkanın verilməsidir”, - deyə Bank VTB (Azərbaycan) ASC-nin Pərakəndə biznes idarəsinin rəisi Fazil Abbasov bildirdi. Onun sözlərinə görə, kredit alan şəxsdən tələb olunan minimal sənədlər – şəxsiyyət vəsiqəsi və iş yerindən arayışdır. Sənədlərin qəbulu və işlənilməsi, qərarın qəbulu və kreditin verilməsi Bankın kredit mütəxəssisləri tərəfindən 1 gün müddətində həyata keçirilir.
“Əminəm ki, sərfəli faizlər, etibarlı, ən əsası, rəsmi avtodillerlərin seçilməsi sayəsində avtokreditlər Bank VTB-də populyar kredit məhsullarından birinə çevriləcəkdir”, - deyə F. Abbasov yekun olaraq qeyd etdi.