Sayt üzrə axtarış
Bank VTB (Azərbaycan)-da RMT-Bank sisteminin tətbiqi hayata keçirilir
Bank VTB (Azərbaycan) ASC-də RMT-Bank sisteminin tətbiqinin birinci mərhələsi uğurla başa çatmışdır və ikinci mərhələsinin tətbiqi həyata keçirilir.
MTM və Bank arasında sistemin tətbiqinə dair razılaşma 2009-cu ilin payızında imzalanmışdır. Hazırda Bankda RMT-Bank modulları tətbiq olunmuşdur ki, bu da Bank VTB (Azərbaycan) ASC-ni kredit, depozit və mübadilə əməliyyatlarının, hesablaşma-kassa xidmətinin, həmçinin Mərkəzi Bank üçün hesabatın avtomatlaşdırılmasını təmin edəcək.
İT layihəsinin gedişində MTM-in mütəxəssisləri tərəfindən sistemin depozit və kredit modulları Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış, Azərbaycan kodlaşdırılmasına dəstək reallaşdırılmışdır. MTM Şirkətlər Qrupunun MDB ölkələrinin maliyyə bazarlarının tərəfdaşları ilə zəngin əməkdaşlıq təcrübəsi sayəsində RMT-nin tətbiqinin birinci mərhələsi razılaşdırılmış müddətdə başa çatmışdır.
Bank gələcəkdə daha 10 RMT-Bank modullarının tətbiqini planlaşdırır. İT-nin modernləşdirilməsi nəticəsində Bank VTB (Azərbaycan) güclü müasir informasiya platforması əldə edəcək ki, bu da biznes istiqamətlərini keyfiyyətcə yeni səviyyəyə çıxarmağa imkan verəcək.