Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Bank VTB (Azərbaycan) ASC-nin səhmlərinin emissiyası haqqında hesabatı qeydiyyata aldı


22 January 2010

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Bank VTB (Azərbaycan) ASC-nin səhmlərinin emissiyası haqqında hesabatı (qiymətli kağızların buraxılışının qeydiyyat nömrəsi − AZ100200414) qeydə aldı. Beləliklə, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin əlavə emissiyasının səhmlərinin yerləşdirilməsi sona çatdı.

Xatırladaq ki, 2009-cu ilin dekabr ayının sonunda Bank VTB (Azərbaycan) Bakı Fond Birjası vasitəsilə hər birinin nominal dəyəri 0.2 (sıfır tam onda iki) manat olan 80 000 000 (səksən milyon) adi, adlı, sənədsiz səhmlərin yerləşdirilməsini başa çatdırmışdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmləri fəaliyyətdə olan səhmdarlar – Rusiya tərəfindən (Bank VTB – 51%) və Azərbaycan tərəfindən (o cümlədən “AtaHoldinq” – 48.99%) əldə edilmişdir.


Geriyə