Bank VTB (Azərbaycan) ASC-nin səhmlərinin emissiyası başa çatdı


30 December 2009

29 dekabr 2009-cu ildə Bank VTB (Azərbaycan) Bankı Fond birjasında 16 000 000 milyon (on altı milyon) manat məbləğində olan səhmlərin yerləşdirilməsini başa çatdırdı. Beləliklə, 14 dekabr 2009-cu ildə elan olunmuş, hər birinin nominal dəyəri 0.2 (sıfır tam onda iki) manat olan 80 000 000 (səksən milyon) adi, adlı, sənədsiz səhmlərin yerləşdirilməsi başa çatdı.

Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin səhmləri fəaliyyət göstərən

səhmdarlar tərəfindən alınmışdır. Belə ki, Bank VTB (Azərbaycan)-ın səhmlərinin 51%-i əvvəlki kimi, Rusiya tərəfində (Bank VTB), 49%-i – Azərbaycan tərəfinə (“AtaHoldinq” və fiziki şəxsə) məxsusdur.

Bank VTB (Azərbaycan)

ASC-nin

İctimai əlaqələr və reklam idarəsi


Geriyə