VTB Qrupu Azərbaycan bazarında öz fəaliyyətinə başlayır


23 November 2009


23 noyabr 2009-cu il tarixində Bakı şəhərində VTB Qrupuna daxil olan Bank VTB (Azərbaycan) ASC-nin ofisinin təntənəli açılış mərasimi baş tutdu. Tədbirdə Rusiya Federasiyasının Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Birinci müavini Yaqub Eyyubov, VTB Bank ASC-nin İdarə Heyətinin Sədri-Prezidenti Andrey Kostin iştirak ediblər.

1 noyabr 2009-cu il tarixinə olan məlumata əsasən Bank VTB (Azərbaycan) ASC-nin aktivləri 16.06 milyon manat (20.0 milyon ABŞ dolları), Bankın nizamnamə kapitalı isə 7.815 milyon manat (9.7 milyon ABŞ dolları) təşkil edir.

Bank VTB (Azərbaycan) ASC-nin səhmdar kapitalı, VTB Bank ASC (səhmlərin 51%-i), «AtaHoldinq» ASC (səhmlərin 48.99%-i) və fiziki şəxs (səhmlərin 0.01%-i) arasında paylanıb.

Bank VTB (Azərbaycan) ASC bank xidmətlərinin geniş spektrini təklif edən universal bank kimi inkişaf etmək niyyətindədir. İlk öncə bankın fəaliyyəti korporativ müştərilərə xidmət göstərilməsinə və xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsinə istiqamətlənəcək. Gələcəkdə VTB Qrupu Azərbaycanda biznesin fərdi, investisiya və digər istiqamətlərinin inkişaf etdirilməsini planlaşdırır.

VTB Bank ASC-nin İdarə Heyətinin Sədri-Prezidenti Andrey Kostin açılış mərasimində çıxış edərək, qeyd etdi: “Azərbaycanın sənaye və ticarət potensialı çox yüksəkdir, bu isə bu regionu maliyyə yatırımları üçün olduqca cəlbedici edir. VTB Qrupu MDB-ni prioritet bazar hesab edir. Azərbaycan bazarına çıxış VTB Qrupuna MDB ölkələrinin inkişaf nöqteyi nəzərindən daha perspektivli bazarlarını əhatə etmək imkanını verən məntiqi bir addımdır”.

Məlumat üçün:

VTB Qrupu Azərbaycan bazarına 2008-ci ilin sonunda daxil olub. VTB (Azərbaycan) ASC-nin 162 №-li bank lisenziyası 11 mart 2009-cu il tarixində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən verilmişdir.

VTB Qrupu, dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən, həmçinin Rusiyada və MDB ölkələrində zəngin iş təcrübəsinə malik olan Rusiyanın aparıcı maliyyə qruplarından biridir. VTB-nin 85.5% payı ilə əsas səhmdarı RF Hökümətidir. Digər səhmdarların Bankın nizamnamə kapitalındakı payı 14.5% təşkil edir, o cümlədən qlobal depozit qəbzlərin sahiblərinin payı 7.01% təşkil edir. VTB, Rusiyada, MDB-nin bir sıra digər ölkələrində, Qərbi Avropa, Asiya və Afrikanın bir sıra ölkələrində korporativ, fərdi və investisiya bank xidmətlərinin geniş spektrini təklif edir. 30 iyun 2009-cu il tarixinə olan məlumata əsasən VTB Qrupu aktivlərinə (3 637.3 mlrd rubl) və müştərilərin vəsaitlərinə (1 561.8 mlrd rubl) görə Rusiyanın ən iri maliyyə qrupları sırasında ikinci yeri tutur. VTB-nin Rusiya, MDB və Avropada fəaliyyət göstərdiyi regional şəbəkəsi 966 satış nöqtəsindən ibarətdir ki, bunun da sayəsində Qrup Rusiyanın üç ən iri fərdi banklar sırasına daxildir. 2008-ci ildə VTB-nin, öz əmələyyatlarını Moskva, London, Sinqapur və Dubayda yerləşdiyi ofislərindən həyata keçirən, investisiya biznesinin təməli qoyulub. Daha ətraflı məlumatı www.vtb.rusaytından əldə etmək olar.

Fəaliyyətinə 2003-cü ildə başlamış “AtaHoldinq” ASC iqtisadiyyatın müxtəlif sahələrinə, maliyyə və intellektual resursların idarə olunmasına, eləcə də korporativ idarə olunmasına kapital yatırımlarını həyata keçirir. Qeyri-rezidentlərin investisiyaları sayəsində formalaşmış nizamnamə kapitalı, əsasən, maliyyə, sənaye, telekommunikasiya və İT xidmətləri, tikinti və turizm sahələrinin inkişafına yönəlib. “AtaHoldinq” ASC sosial proqramlarda, xeyriyyə tədbirlərində iştirak edir, eləcə də mədəniyyət və incəsənət sahələrinin inkişafına, təhsilin səviyyəsinin yüksəlməsinə istiqamətlənmiş layihələri dəstəkləyir.

30 sentyabr 2009-cu il tarixinə olan məlumata əsasən “AtaHoldinq” ASC-nin aktivlərinin həcmi 308.8 milyon manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricilərlə müqayisədə 39.0 milyon manat və ya 39% daha yüksəkdir. 30 sentyabr 2009-cu il tarixinə olan məlumata əsasən “AtaHoldinq” ASC-nin maliyyə yatırımları 116.1 milyon manat təşkil edir. “AtaHoldinq” ASC-nin ödənilmiş kapitalı 69.8 milyon manat təşkil edir.

Ətraflı məlumat üçün www.ataholding.az saytına müraciət etmək olar.


Geriyə