İdarə Heyəti

Oleq Semyonoviç Krasnojon

İdarə Heyətinin Sədri - Prezident

Bank VTB (Azərbaycan) ASC-də 2009-cu ilin sentyabr ayından etibarən çalışır. Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin Sədridir.

Əvvəl tutduğu vəzifələr:

2008 -2009-cu illər – Bank VTB (Gürcüstan) ASC: Baş Direktorun birinci müavini, Maliyyə direktoru.

2008-ci il – “Galt and Taggart Holdings”in (Ukrayna), Bank VTB ASC: məsləhətçi.

2000-2007-ci illər – “Unibank” kommersiya bankı (Moldova): Prezident, Vise-prezident, idarə rəisi.

1998-2000-ci illər - “International Commercial Bank (Moldova)” (“Commercial bank of Greece”ın törəmə bankı): Müşahidə Şurasının üzvü, Direktor.

1997-1998-ci illər – Prezident yanında Ali iqtisadi şuranın üzvü (Moldova).

1996-1998-ci illər – “Price Waterhouse” (ABŞ) / “The Intrados Group” (ABŞ): Hüquq şöbəsinin müdiri ("MDB dövlətlərində qiymətli kağızlar bazarının inkişafı" layihəsi).

1995-1996-cı illər - “Banca Sociala”: İqtisadi analiz şöbəsinin müdiri (Moldova).

1992-1994-cü illər – İqtisadiyyat və Maliyyə Nazirliyi, Moldovanın Maliyyə Nazirliyi: Nazir müavini.

1992-1993-cü illər – Qiymətli Kağızlar üzrə Dövlət Komissiyası (Moldova): Sədr.

1977-1992-ci illər – İqtisadiyyat Nazirliyi (Moldova): şöbə müdiri.

2005, 2000, 1993-cü illər - Commerzbank AG (Frankfurt-Mayn), Bank One (Kolambus), World Bank (Vaşington) – xüsusi təcrübələr.

1994-2007-ci illər - National Bank of Greece S.A. (Afina), «Giordano Dell`Amore Foundation» təhsil mərkəzi (Milan), International Bank Tutors Institute (Budapeşt) və s. kommersiya kreditləşməsi, kredit analizi, risklərin xedj edilməsi və qiymətləndirilməsi, xəzinadarlıq və beynəlxalq maliyyə əməliyyatların idarə edilməsi üzrə treninqlər və seminarlar.

1990-cı ildə Moldova Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə ilə bitirib.

1974-cü ildə Kişinyov Politexnik institutunun energetika fakültəsini fərqlənmə ilə bitirib.

Əkrəm Şirvan oğlu Həsənov

İdarə Heyəti Sədrinin müavini

Bank VTB (Azərbaycan) ASC-də 2007-ci ildən etibarən çalışır. Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyəti Sədrinin müavini, Risklər və hüquqi təminat departamentinin rəhbəri.

Əvvəll tutduğu vəzifələr:

2007-2010-cu illər - Bank VTB (Azərbaycan) ASC İdarə Heyətinin üzvü.

2005-2007-ci illər – “Bank of Baku” ASC Hüquq departamentinin direktoru.

2004-2005-ci illər – Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin ümumi qanunvericilik şöbəsinin müdiri.

2002-2004-cü illər - Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin baş hüquq məsləhətçisi.

2001-2002-ci illər - Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin aparıcı hüquq məsləhətçisi.

2002-2009-cu illər – Risk menecerlərin Qlobal Assosiasiyasının, Avropa Yenidənqurma və İnkişafı Bankının, Almaniyanın Mərkəzi Bankının, Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Hesablaşmalar Bankının, Birləşmiş Vyana İnstitutunun, Fransanın Mərkəzi Bankının və s. risk menecment, gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə, ödəniş və hesablaşma sistemləri, maliyyə əməliyyatları, bank və maliyyə hüququ və s. üzrə treninqlər və seminarlar.

1998-ci ildə və 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib.

1977-ci ildə anadan olub.

Şahin Yusif oğlu Mirzəyev

İdarə Heyətinin üzvü

Bank VTB (Azərbaycan) ASC-də 2009-cu ilin noyabr ayından etibarən çalışır. Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə departamentinin rəhbəridir.

Əvvəl tutduğu vəzifələr:

2005-2009-cu illər – “Azərdəmiryolbank”: İdarə Heyəti Sədrinin müavini.

2003-2005-ci illər – Azərbaycan Beynəlxalq Bankı: təşkilat şöbəsinin direktoru.

2001-2003-cü illər – Azərbaycan Respublikasının Nazirlər Kabineti: Maliyyə meneceri, Dünya Bankı tərəfindən maliyyələşdirilən layihənin Mərkəzi Koordinasiya Qrupu.

1993-2000-ci illər – “Azəriqazbank”: İdarə Heyətinin üzvü, Daxili Audit Departamentinin direktoru, Kredit Departamentinin direktoru, Kredit Komitəsinin sədri, menecer, iqtisadçı, mühasib.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin menecment fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsini bitirib. 1999-cu ildə Böyük Britaniyanın Lankaşir şəhərinin Biznes məktəbini bitirib.

1973-cü ildə anadan olub.