Sayt üzrə axtarış
Müşahidə Şurası
Oleq Semyonoviç KrasnojonMüşahidə Şurasının Sədrİ Əvvəl tutduğu vəzifələr: 2009-cu ilin sentyabr - 2011-сi ilin noyabrına qədər - Bank VTB (Azərbaycan) : İdarə Heyətinin Sədri. 2008 -2009-cu illər – Bank VTB (Gürcüstan) ASC: Baş Direktorun birinci müavini, Maliyyə direktoru. 2008-ci il – “Galt and Taggart Holdings”in (Ukrayna), Bank VTB ASC: məsləhətçi. 2000-2007-ci illər – “Unibank” kommersiya bankı (Moldova): Prezident, Vise-prezident, idarə rəisi. 1998-2000-ci illər - “International Commercial Bank (Moldova)” (“Commercial bank of Greece”ın törəmə bankı): Müşahidə Şurasının üzvü, Direktor. 1997-1998-ci illər – Prezident yanında Ali iqtisadi şuranın üzvü (Moldova). 1996-1998-ci illər – “Price Waterhouse” (ABŞ) / “The Intrados Group” (ABŞ): Hüquq şöbəsinin müdiri ("MDB dövlətlərində qiymətli kağızlar bazarının inkişafı" layihəsi). 1995-1996-cı illər - “Banca Sociala”: İqtisadi analiz şöbəsinin müdiri (Moldova). 1992-1994-cü illər – İqtisadiyyat və Maliyyə Nazirliyi, Moldovanın Maliyyə Nazirliyi: Nazir müavini. 1992-1993-cü illər – Qiymətli Kağızlar üzrə Dövlət Komissiyası (Moldova): Sədr. 1977-1992-ci illər – İqtisadiyyat Nazirliyi (Moldova): şöbə müdiri. 2005, 2000, 1993-cü illər - Commerzbank AG (Frankfurt-Mayn), Bank One (Kolambus), World Bank (Vaşington) – xüsusi təcrübələr. 1994-2007-ci illər - National Bank of Greece S.A. (Afina), «Giordano Dell`Amore Foundation» təhsil mərkəzi (Milan), International Bank Tutors Institute (Budapeşt) və s. kommersiya kreditləşməsi, kredit analizi, risklərin xedj edilməsi və qiymətləndirilməsi, xəzinadarlıq və beynəlxalq maliyyə əməliyyatların idarə edilməsi üzrə treninqlər və seminarlar. 1990-cı ildə Moldova Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə ilə bitirib. 1974-cü ildə Kişinyov Politexnik institutunun energetika fakültəsini fərqlənmə ilə bitirib. |
![]() |
Tsaryev Sergey VladimiroviçMüşahidə Şurasının Sədr Müavini Əvvəl tutduğu vəzifələr: 04.1998 – 11.1998-ci illər – Dövlət Xüsusiləşdirilmiş Rusiya idxal-ixrac Bankı (Roseksimbank): Kreditləşmə və müştərilərin hesablaşma xidməti Departamentinin bank kreditləri və qarantiyalar idarəsinin bank kreditləri və qarantiyalar şöbəsinin iqtisadçısı; 12.1998 –12.2000-ci illər – “Avrofinans” SKB: İdarə Heyəti Sədrinin birinci müavininin köməkçisi; 01.2001 – 08.2001-ci illər – Xantı-Mansiysk Bankı ASC (Moskva filialı): Xəzinədarlıq şöbəsinin baş mütəxəssisi; 08.2001 – 12.2001-ci illər – «Qarşılıqlı kredit mərkəzi cəmiyyət» Bankı (asc): İdarə Heyəti Sədrinin müşaviri; 12.2001–06.2005-ci illər – Beynəlxalq İnvestisiya Bankı: İnvestisiyaların kreditləşdirilməsi idarəsinin baş referenti; 07.2005-ci ildən etibarən – Bank VTB ASC (Açıq Səhmdar Cəmiyyəti): Törəmə banklar departamentinin MDB banklarının koordinasiyası idarəsinin Mərkəzi Asiya bankları şöbəsinin idarəedici direktoru. 1978-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 2000-ci ildə RF Hökuməti yanında Maliyyə Akademiyasını “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə bitirib. |
![]() |
İsmayılov Vüqar İsmət oğluMüşahidə Şurasının üzvü Əvvəllər işləmişdir: 2007-ci ildən bu günədək - “AtaLizinq” ASC, Müşahidə Şurasının sədri 2006-cu ildən bu günədək - “AtaHoldinq” ASC, Müşahidə Şurasının sədr müavini 2005 - 2009 illər - “AtaBank” ASC, Müşahidə Şurasının sədr müavini 2005 - 2006 illər - “AtaHoldinq” ASC, Müşahidə Şurasının üzvü 2003 - 2005 illər - “AtaHoldinq” ASC, İdarə Heyətinin sədr müavini 2002 - 2003 illər - “AtaBank” ASC, İdarə Heyətinin üzvü 2001 - 2003 illər - “Kermur Consulting” MMC, təsisçi-direktor 1998 - 2000 illər - “Biznes-Serviz-Center” Ltd, müdir 1993 - 1995 illər - Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, müstəntiq 1988 - 1993 illər - Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi, müstəntiq Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 1967-cı ildə anadan olub. 2009-cu ildən bu günədək Bank VTB (Azərbaycan) ASC-də Müşahidə Şurasının üzvü vəzifəsində çalışır. |

