Vakansiyalar

Bank VTB (Azərbaycan)—beynəlxalq səviyyəli müasir məhsul və xidmətləri təklif edən universal bankdır. Bank VTB (Azərbaycan) MDB, Avropa, Asiya və Afrika ölkələrində bank və maliyyə təşkilatları olan VTB Qrupun bir hissəsidir.

Azərbaycanda uğurla fəaliyyət göstərən bank bütün əsas maliyyə istiqamətləri üzrə yüksək göstəricilərə nail olub. 

VTB (Azərbaycan)-da peşəkarlardan ibarət böyük bir komanda çalışır. Bank öz fəaliyyətində peşəkar kadrların yetişdirilməsinə və karyera imkanlarına böyük önəm verir.

Bunun üçün peşəkar mütəxəssislərin iştirakı ilə daimi treninqlər təşkil edilir.

Vakansiyalar üçün müraciət edərkən öz cv formanızı və ya bankımızın təklif etdiyi cv formasını yükləyərək doldurub, iş elanlarında qeyd olunan ünvana göndərə bilərsiniz. Bankımızın cv forması bu linkdən yüklənə bilər. 

Bizə qoşulun!

Bank VTB (Azərbaycan)-da cari vakansiyalar:

SME-kreditləşdirmə üzrə aparıcı mütəxəssis 

Mütəxəssis /aparıcı mütəxəssis

Korporativ müştərilərlə iş üzrə şöbə

Maliyyə analitiki / Korporativ biznes

Anderrayter/ Pərakəndə və korporativ kreditləri

PL/SQL üzrə aparıcı proqramçı

Filial Direktoru

Təcrübə proqramı 


SME-kreditləşdirmə üzrə aparıcı mütəxəssis 

Tələblər: 

  • iqtisadiyyat və maliyyə sahəsində ali təhsil;

  • analoji vəzifədə azı 3 illik iş təcrübəsi;

  • analitik qabiliyyət və məlumat bazası ilə işləmək  bacarığı;

  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;

  • rus və Azərbaycan dillərində səlis danışmaq, bu dillərdə işgüzar yazışma  aparmaq bacarığı;

  • MS Office proqramımı peşəkar səviyyədə işləmək bacarığı;

  • məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.

    Vəzifələri: 

  • müxtəlif bank məhsulatının satışı üçün SME seqmentinin müştərilərinin cəlb edilməsi;

  • kredit sifarişlərinin maliyyə məlumatlarının təhlili;

  • bankın mövcud müştərilərinin monitorinqi;

  • kredit portfelinin monitorinqi, gecikdirilmiş borcla iş.

Şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərməniz xahiş olunur (CV forması, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Mütəxəssis /aparıcı mütəxəssis

Korporativ müştərilərlə iş üzrə şöbə

Vəzifələri:

bankın müştəri bazasının formalaşdırılması və inkişafı, müştərilərin təsnifləndirilməsi;

iri və orta biznesin korporativ müştərilərinə xidmətin təşkili;

bankın məhsul və xidmətlərinin təşkili və çarpaz satışlarının həyata keçirilməsi;

rəqiblər tərəfindən tətbiq olunan korporativ müştərilərə xidmətin forma, metod və texnologiyaların təhlili;

korporativ müştərilərə xidmətin mövcud reqlamentlərinə riayət olunmasına nəzarət;

korporativ müştərilərə daha keyfiyyətli, peşəkar və səmərəli xidmət göstərilməsinin  təmin edilməsi;

şöbənin işinin planlaşdırılması və inkişafının təmin edilməsi.

Tələblər: 

iqtisadiyyat /maliyyə sahəsində ali təhsil;

azı iki illik iş təcrübəsi;

Azərbaycan Respublikasının bank sahəsində qanunvericiliyinə bələd olma;

AR Mərkəzi Bankının kreditləşmə qaydaları;

beynəlxalq Maliyyə Hesabatı Standartlara bələd olma;

yaxşı ünsiyyətqurma bacarıqları, analitik düşünmək qabiliyyəti;

mütəşəkkillik, məsuliyyətlilik;

hədəfə istiqamətlənmə, stressə davamlılıq, yüksək səviyyədə işləmək qabiliyyəti.

dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl bilmək, ingilis dili (üstünlük veriləcək);

MS Office ofis proqramlarını bilmək (Word, Excel, Power Point).

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

 

 

Maliyyə analitiki / Korporativ biznes

Tələblər: 

  • Bankda, investisiya şirkətində, reytinq agentliyində və ya digər maliyyə strukturlarında analitik qismində iş təcrübəsi;

  • Korporativ borcluların maliyyə-təsərrüfat fəaliyyətinin ətraflı təhlilini aparmaq, maliyyə hesabatlığının təhlili (mühasibat uçotunun  əsas hesabatlarının təyini – balans; maliyyə nəticələri haqqında hesabat; pul vəsaitlərinin hərəkəti haqqında hesabat);

  • CASH FLOW, P&L, borc portfelinin, biznes planının, kreditin girovunun təhlilini bacarmaq;

  • Əqdləri müstəqil strukturlaşdırmaq, edilmiş təhlillər əsasında tövsiyə və proqnozlar tərtib etmək bacarığı, təhlilinin nəticələrinin yazılı formada savadlı ifadəsi;

  • Təcrübəli PK istifadəçisi (MS Office paketi, Power Point-də təqdimatlar hazırlamaq bacarığı, MS Excel-in etibarlı istifadəçisi);

  • Analitik qabiliyyət, təfəkkürün sistemliliyi, əla kommunikasiya qabiliyyəti.

Öhdəliklər:

  • Kreditləşmə üzrə səmərəli təkliflərin hazırlanması, korporativ müştərilərin kredit qabiliyyətinin və korporativ borcalanların kreditləşdirilməsi zamanı meydana çıxan risklərin qiymətləndirilməsi;

  • Qərar qəbulu üçün məsələlər korporativ kredit komitəsinə çıxarılarkən kredit əqdlərinin strukturlaşdırılması, müvafiq rəylərin hazırlanması;

  • Korporativ müştərilər üzrə kredit dosyelərinin formalaşdırılması və aparılması.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Anderrayter/ Pərakəndə və korporativ kreditləri

Tələblər: 

  •  iqtisadiyyat və maliyyə sahəsində ali təhsil; 

  •  bank sektorunda kredit təhlili sahəsi üzrə iş təcrübəsi (azı bir illik);

  •  bank kreditləşdirilməsi sahəsində biliklər, maliyyə, kredit və portfel təhlilinin aparılması;

  •  Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;

  •  rus və Azərbaycan dillərində səlis danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;

  •  MS Office proqramında işləmək bacarığı (Word, Excel, Access);

  •  məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.

 Vəzifələri: 

  • pərakəndə/korporativ kredit məhsullarının risk analizi;

  •  müştərilərin maliyyə vəziyyəti ilə bağlı risklərin təhlili;

  •  müştərilərin kreditləşdirilməsinin limitlərinin hesablanması, Mərkəzi Kredit Reyestri ilə iş;

  •  borcalanların yoxlanması/təhlili (telefonla, internet resurslar).

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).


PL/SQL üzrə aparıcı proqramçı

 
Tələblər:

  • ali texniki təhsil;

  • proqram təminatının hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsi;

  • SQL, PL/SQL ilə işləmək təcrübəsi;

  • BD Oracle-ın inzibatçılığımda iş təcrübəsi arzu olunandır; XML ilə iş təcrübəsi; MS Office əlavələrinin proqramlaşdırılması; bank sahəsi ilə tanışlıq; SWIFT, AZIPS, XOHKS ödəniş sistemləri ilə iş təcrübəsi;

  • sistemli düşüncə, analitik qabiliyyətlər;

 Vəzifələri:

  •  ABS-in (Avtomatlaşdıırlmış Bank Sistemi) cari funksionalında texniki tapşırıqların əsasında tamamlanma işlərinin aparılması;

  • biznes-tələblərin təhlili, texniki tapşırıqlarının tərtibində iştirak;

  • АBS-də (Oracle) hesabatların tərtibi, tətbiqi və müşayiəti;

  • öz tamamlamalarının sınaqdan keçirilməsi.

 Şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərməniz xahiş olunur (CV forması, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

   

Filial Direktoru

Tələblər:

  • Profilli ixtisas üzrə ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində);

  • Analoji vəzifədə ən azı iki illik iş təcrübəsi (bank sahəsində azı 5 il);

  • Filial direktoru vəzifəsinə attestasiyadan keçmiş olması;

  • Normativ və qanunvericilik-hüquqi aktlarla, AR MB-nin metodik materialları ilə tanışlıq;

  • Kredit işini aparmaq bacarığı, bank hesabları, əmanətlər hesablarının açılışı və bağlanması qaydaları ilə tanışlıq, pul köçürmələrinin həyata keçirilməsi;

  • Bank tərəfindən buraxılmış beynəlxalq ödəniş sistemlərinin korporativ kartların buraxılması və onlara xidmət qaydalarını bilmək;

  • Azərbaycan, rus və ingilis dillərində (arzu olunandır) səlis danışmaq, bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;

  • MS Office proqramında  peşəkar səviyyədə işləmə bacarığı;

  • İdarəçilik keyfiyyətləri, strateji qavrayış, təfəkkürün sistemliliyi:

  • Stressə davamlılıq, məhdud vaxt şəraitində çoxlu sayda tapşırıqların öhdəsindən gəlmək bacarığı.

Öhdəlikləri:

  • Müştəri şəbəkəsinin saxlanması və inkişafı üzrə işin təşkili, müştərilərlə danışıqlar aparılması;

  • Filialın satış planının yerinə yetirilməsinə nəzarət, kuratoru olduğu əməkdaşların fərdi planlarının icrasının monitorinqi;

  • Müştərilərlə münasibətlərdə Bankın yüksək imicinin dəstəklənməsi, maraqlar münaqişənin həlli üzrə tədbirlərin vaxtında həyata keçirilməsi, məxfi informasiyanın qorunması;

  • Etibar edilmiş Filialın itkisiz, rentabelli fəaliyyətinin təmin edilməsi, büdcəyə nəzarət;

  • Filialın balansında olan mülkiyyətin, habelə: pul vəsaitləri, ciddi hesabat blankları, kredit müqavilələri, qiymətli kağızların qorunmasının təminatı;

  • Filialının fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təklifləri rəhbərliyin müzakirəsinə çıxarılması;

  • Filial işçiləri arasında vəzifələrin səmərəli bölgüsünün həyata keçirilməsi: funksiyaların, vəzifələrin, fəaliyyətin bölüşdürülməsi;

  • Filialda əmək və icra intizamını lazımı səviyyədə saxlamaq.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

 
Bank VTB-də (Azərbaycan) təcrübə proqramı

Bank VTB karyera seçimi etmiş və bank sahəsində inkişaf etmək arzusunda olan iqtisadiyyat  fakültələrinin istedadlı məzunlarını axtarır.

 Potensial təcrübəçilərə qoyulan tələblər:

  •  iqtisadiyyat sahəsində ali təhsil;

  • ünsiyyət və münasibət qura bilmə bacarığı;

  • Azərbaycan və rus dillərində sərbəst və səlis danışmaq (ingilis dili arzuolunandır);

  • aydın səs, savadlı nitq və gözəl intonasiya;

  • stressə davamlı olmaq və müxtəlif insanlarla ümumi dil tapmaq bacarığı.

Təcrübəçilərə məvacibin ödənilməsi nəzərdə tutulub.

 Tələblərə uyğun namizədlərdən şəxsi anket formalarını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. (CV formaları mövzu hissəsində “Təcrübə” sözü qeyd edilməklə göndərilməlidir).