Audit Komitəsi

Bank VTB (Azərbaycan) ASC-nin Audit Komitəsi Azərbaycan Respublikasının qanunvericiliyi, Bankın Nizamnaməsi, Audit Komitəsi haqqında Əsasnaməsi və Bankın digər daxili sənədləri əsasında fəaliyyət göstərir.

Şiryayev Vitaliy Yuryeviç

Audit Komitəsinin Sədri

Əvvəllər işləmişdir:

02.1979 – 08.1984 illər – Mərkəzi Maşınqayırma Konstruktor Bürosunun Filialı, mühəndis;

11.1993 – 01.2005 illər – Xarici Ticarət Bankı “Vneştorqbank” ASC Daxili Audit İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır;

01.2005 – bu günə kimi - Bank VTB (acıq səhmdar cəmiyyəti), Daxili Nəzarət İdarəsinin Xüsusiləşmiş bölmələrin yoxlanılması və təftiş edilməsi şöbəsi, müdir.

1956-cı ildə anadan olmuşdur.

1979 ildə Aviasiya Texnoloji İnstitutu “Uçan aparatların mühərrikləri” ixtisası üzrə bitirmişdi.

1984 ildə Moskva Mühəndis-Fizika İnstitutunun "Eksperimental Tədqiqatların Avtomatlaşdırılması” ixtisası üzrə bitirmişdi.

1987 ildə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin Ali Məktəbini, “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bitirmişdir.

Romanov Vladimir Qennadiyeviç

Audit Komitəsinin Sədr müavini

Əvvəllər işləmişdir:

09.1975 – 08.1977 illər – “Kulon” Maşınqayırma zavodu, mühəndis-konstruktor;

12.1979 – 07.1987 illər – Xarici Ticarət Bankı, Hesablama Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır;;

09.1987 – 07.1990 illər – Donau Bank, şöbə müdiri;

07.1990 – 04.1993 illər – Nəzarət-təftiş işi üzrə Ümumittifaq Birliyinin Kompüter auditi şöbəsi, müdir müavini;

05. 1993 – 09.1995 illər – Topdan Satışın İnkişafı üzrə Şəhərlərarası Kommersiya Bankı, Daxili Audit İdarəsi, direktor, direktor müavini

09.1995 – 03.2007 illər - Xarici Ticarət Bankı “Vneştorqbank” ASC Daxili Audit İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır;

03.2007 - bu günə kimi - Bank VTB (acıq səhmdar cəmiyyəti), Daxili Nəzarət İdarəsinin Xüsusiləşmiş bölmələrin yoxlanılması və təftiş edilməsi şöbəsi, ekspert.

1953 ildə anadan olmuşdur.

1976 ildə Serqo Ordjonikidze adına Moskva Aviasiya İnstitutunu “Uçan apparatların təchizatı” ixtisası üzrə bitirmişdir.

Smirnov Dmitriy Oleqoviç

Audit Komitəsinin üzvü

Əvvəl  tutduğu vəzifələr:  

11.1998 – 07.2001-ci illər – “Ossiana” MMC: Baş direktorun birinci müavini;

07.2001 – 09.2004-cü illər – “Lendar” MMC: regional layihələrin idarəçisi;

09.2004-cü ildən bu vaxta qədər – Bank VTB (açıq səhmdar cəmiyyəti): Törəmə Banklar departamentinin MDB banklarının koordinasiyası idarəsinin Mərkəzi Asiya bankları şöbəsinin aparıcı meneceri.

1980-ci ildə Rusiya Federasiyasının Odinsovo şəhərində anadan olub.

2003-cü ildə Ümumrusiya qiyabi maliyyə-iqtisad institutunu “Marketinq” ixtisası üzrə bitirib.