Sayt üzrə axtarış
Bank VTB (Azərbaycan) ASC
Bank VTB (Azərbaycan) ASC VTB Qrupuna daxildir.
VTB Qrupu – Qərbi Avropanın, Asiyanın və Afrikanın 21 ölkəsində təmsil olunmuş dinamik inkişaf edən beynəlxalq maliyyə qrupudur.
Bank VTB (Azərbaycan) ASC – Bank VTB ASC-nin törəmə bankıdır.
Bank VTB ASC-nin əsas səhmdarı 85.5% paya malik Rusiya Federasiyasının hökumətidir.
2009-cu il noyabrın 23-ü Bank VTB (Azərbaycan) ASC-nin (162 saylı lisenziya) rəsmi açılışı keçirilmişdir. Hal-hazırda Bank VTB (Azərbaycan) ASC-nin səhmlərinin 51.0%-i Rusiya tərəfinə (Bank VTB ASC), 48.99% və 0.01% – Azərbaycan tərəfinə (uyğun olaraq “AtaHolding” ASC və fiziki şəxs) məxsusdur.
Bank VTB (Azərbaycan) beynəlxalq bank praktikasında qəbul edilmiş geniş çeşidli xidmətlər təklif edir. Hazırda Bank VTB (Azərbaycan) ASC-nin heç bir törəmə təşkilatı yoxdur.